Tehran - İRNA - Yüksək rütbəli Amerika rəsmisi bazar günü gecə ABC News kanalına İsrailin hava hücumundan müdafiə sistemindən keçən ən azı 9 İran raketinin İsrailin 2 hava bazasını vurduğunu və zədələndiyini bildirib.

Adı açıqlanmayan rəsmi bildirib ki, beş ballistik raket İsrailin Navatim Hava Bazasını vurub və C-130 hərbi nəqliyyat təyyarəsini zədələyib.

Onun sözlərinə görə, digər dörd ballistik raket də Negev aviabazasına düşüb, lakin ora dəyən ziyan barədə hələlik məlumat verilməyib.