Mais Qurbanov bazar günü Moskvada İRNA-nın müxbiri ilə müsahibədə əlavə edib: İranın İsrailə cavabının mühüm nəticələrindən biri odur ki, region ölkələri və ərəb dünyası rəsmi Tehranın bu addımından ilhamlanaraq Təl-Əvivin Qəzza zolağında uşaqlar, qocalar və günahsız qadınlara qarşı cinayətlərinin qarşısını almaq üçün tədbirlər görsünlər.
Bu rusiyalı müsəlman ekspert sionist rejimin Dəməşqdəki İran konsulluğuna hücum cinayətinə İranın PUA və raketlə cavabına toxunaraq deyib: Hegemon İsrail bazar günü gecə tarixdə ilk dəfə olaraq layiq olduğu cavabı aldı.
O, davam etdi: İsrail Amerika və Avropadakı müttəfiqlərinə arxalanaraq, illərdir Suriya, İraq və Fələstində günahsız insanları, uşaqları, qadınları və qocaları məhv edir.
Qurbanov bu söhbətin başqa bir hissəsində deyib: İllərdir İsrail ordusunun məğlubedilməzliyi mifindən və bu rejimin Dəmir Qübbə kimi hava hücumundan müdafiə sistemi yaratdığından danışılırdı, təkcə İran deyil, Fələstin İslami müqavimət hərəkatı HƏMAS, Livan Hizbullahı və regiondakı digər islami müqavimət qrupları bu sistemin uğursuzluğunu sübut etdilər.
O, İranın raket və PUA-larının işğal olunmuş ərazilərdə müəyyən edilmiş hədəflərə çatdığını və bunun da İsrailin hava hücumundan müdafiə sisteminin zəifliyinin daha bir sübutu olduğunu vurğulayıb.
Sionist rejimin Moskvadakı səfiri Simona Halperinin İsrailin Rusiyadan İranın bu rejimə qarşı kütləvi raket reaksiyasını pisləməsini gözlədiyini deməsindən sonra bu bəyanatlar Moskvanın mənfi reaksiyası ilə qarşılanıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü İsrail səfirinə ünvanlayaraq yazıb: “Simona, xatırlat ki, İsrail Kiyev rejiminin Rusiya ərazilərinə ən azı bir hücumunu pisləyib? Xatırlamırsan? Mən də həmçinin.”