Əmir Abdullahiyan general-mayor Baqiri, general-mayor Səlami, general-mayor Musəvi və general-mayor Hacızadəyə yazdığı məktubda “Doğru Vəd” əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı öz təşəkkürünü bildirib, bunu “qanuni müdafiə” prinsipinə əsaslanan dəyərli və mürəkkəb addım hesab edib.
Əmir Abdullahiyanın ünvanladığı müraciətdə bildirilir: “Bu tədbir Qərbi Asiya regionunda güc balansının yeni tərifini verdi, ölkəmizin fədakar Silahlı Qüvvələrinin çəkindirici gücünü İslamın və əziz İranın əzəli düşmənlərinə sübut etdi.”