Ənvər İbrahim bəyanatında bildirib: Sionist rejimin İranın Dəməşqdəki səfirliyinə vəhşicəsinə hücumundan sonra İranın PUA zərbələri qanuni bir hərəkətdir.
Bu bəyanat Ənvərin Malayziya Milli Təhlükəsizlik Şurasının Qərbi Asiyada artan gərginliyi müzakirə etmək üçün keçirilən iclasına sədrlik etməsindən sonra verilib.
Malayziyanın baş naziri həmçinin vurğulayıb ki, İsrail Yaxın Şərqdə gərginliyi artıracaq başqa bir cavab tədbiri görməməlidir.
Malayziyanın baş naziri bəyan edib: Bu problemin həllinin açarı Qəzzadakı qeyri-insani vəziyyəti dərhal həll etməkdir. Ona görə də, dünyanın diqqəti tamamilə və yayınmadan ona yönəlməlidir.
O, əlavə etdi: Humanitar yardımların yolunu açmağa imkan verəcək davamlı atəşkəs olmalıdır.