ABŞ Enerji İnformasiya İdarəsinin verdiyi son hesabatında İranın bu ilin üçüncü ayında gündəlik 3 milyon 250 min barel xam neft hasil etdiyi bildirilir.
İranın bu ay neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 30 min barel artıb və İran fevral ayında gündə 3 milyon 230 min barel neft hasil edib.
Bu hesabata görə, İran bu ilin birinci rübündə gündəlik orta hesabla 3,2 milyon barel neft hasil edib.