16 aprel 2024 at 15:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85446788
T T
0 Persons
ABŞ Energetika Nazirliyi: İranın gündəlik neft hasilatı son bir ildə 630 min barel artıb

Tehran- İRNA- Amerika Enerji İnformasiya İdarəsi ötən il İranın gündəlik neft hasilatını 630 min barel artırdığını və 2024-cü ilin üçüncü ayında isə 3 milyon 250 min barel neft hasil etdiyini açıqlayıb.

ABŞ Enerji İnformasiya İdarəsinin verdiyi son hesabatında İranın bu ilin üçüncü ayında gündəlik 3 milyon 250 min barel xam neft hasil etdiyi bildirilir.

İranın bu ay neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 30 min barel artıb və İran fevral ayında gündə 3 milyon 230 min barel neft hasil edib.

Bu hesabata görə, İran bu ilin birinci rübündə gündəlik orta hesabla 3,2 milyon barel neft hasil edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .