Əbu Ubeydə Telegram kanalında yazdığı mesajda bildirib: “Əlimizdə məlumat var ki, düşmən Qəzzədə israilli əsirlərin saxlandığı yeri qəsdən bombalayıb ki, əsirlərin və onların mühafizəsinə cavabdeh olan mücahidləri öldürsün.”
Əl-Qəssam sözçüsü əlavə edib: “Sionist rejimin işğalçı ordusu bu yaxınlarda bəzi israilli əsirlərin saxlandığı yeri bombaladı və onların öldürülməsindən əmin olmaq üçün həmin yeri bir neçə dəfə bombaladı.”
“Mücahidlərimiz düşmən əsirlərini dağıntılar altından çıxarmağa səy etdilər, onlardan birini çıxara bildilər, lakin onun taleyi məlum deyil” - deyə, Əbu Ubeydə qeyd edib.
Sizin rəyiniz