Münir Əkrəm Türkiyə mətbuatına müsahibəsində bəyan edib ki, bütün ölkələr hərəkətə keçməli və İsrail rejiminə maddi zərər yetirmək üçün tədbirləri nəzərdən keçirməlidir.
O, sionist rejimin dağıdıcı hərəkətlərinə qarşı beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edərək deyib: İsrailin fəaliyyəti cəzasız qalmamalı və bunun onlara maddi zərər bahasına başa gəldiyi göstərilməlidir.
Pakistanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının atəşkəs qərarına rəğmən Qəzzada sionist cinayətlərinin davam etməsini çox narahatedici hesab edərək əlavə edib: İsrail hətta öz tərəfdarları və dostlarının tələblərinə məhəl qoymur. Dünya liderləri sionist İsrail rejimin Qəzza xalqına qarşı törətdiyi soyqrımın qarşısını almalıdır.