İran İslam Respublikasının “Doğru Vəd” əməliyyatın uğurla həyata keçirilməsindən sonra işğal olunmuş ərazilərdə daxili çəkişmə daha da artıb.
Sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumuna İranın cavabını yanlış qiymətləndirməkdə ittiham olunan sionist rejimin hərbi kəşfiyyatının rəhbəri Aharon Haliva vəzifəsindən istefa verib. İranın bu hücuma cavab verməsi və İslam Respublikasının müdafiə imkanları ilə bağlı yanlış və çaşdırıcı xəbərlər onun İsrailin hərbi kəşfiyyat idarəsindəki məsuliyyətini davam etdirməsini çətinləşdirib.
i24 xəbər agentliyi də buna diqqət çəkib ki, İsrail hərbi kəşfiyyatının rəhbərinin istefa qərarı İsraillə İran arasında gərginliyin yaşandığı bir vaxtda verilib.