İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell telefon danışığında Avropa İttifaqı ilə İran arasındakı əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əmir Abdullahian, Qəzzaya qarşı müharibədə İsrail rejiminin soyqırım və cinayətlərinə tez bir zamanda son qoyulmasının vacibliyini vurğulayaraq, Fələstinin qanuni istək və arzularını nəzərə alaraq, BMT-nin real rolu ilə ciddi regional və beynəlxalq hərəkətə keçməli olduğunu bildirdi.
Xarici işlər naziri İslam İnqilabı Keşikçiləri Korpusunun regionda sabit təhlükəsizliyə töhfə verməkdə və terrorizmlə mübarizədə konstruktiv roluna toxunaraq, bu çərçivədə İran İslam Respublikasının silahlı qüvvələrinə hörmətlə yanaşmaqda Avropa İttifaqının diqqətini beynəlxalq hüquqa cəlb etməyə çağırıb.
Əmir Abdullahian habelə Borrelə cavab verərək, ölkəmizin sanksiyaların aradan qaldırılması diplomatiyasında göstərdiyi səyləri və atdığı müsbət addımları xatırladaraq, qarşı tərəfdən bəzilərinin danışıqlarda hədsiz istəyinə diqqət çəkib və əlavə edib: Agentlik və İran arasında əməkdaşlıq müsbət istiqamətdədir və biz Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfərini alqışlayırıq.
Bu telefon danışığında Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasətinin rəhbəri Avropa İttifaqının İran İslam Respublikası ilə gərginlik istəmədiyini vurğulayaraq, İran İslam Respublikası ilə Avropa İttifaqı arasında diplomatik məsləhətləşmələrin davam etdirilməsi ilə yanaşı, konstruktiv tədbirləri və müsbət addımları alqışlayıb.
Publish Date: 2 may 2024 - 11:43
Tehran - İRNA - Xarici işlər naziri Avropa İttifaqı və İran arasında birgə əməkdaşlığı inkişaf etdirmək məqsədilə dialoqun davam etdirilməsini alqışlayaraq deyib: Agentlik və İran arasında əməkdaşlıq müsbət istiqamətdədir və biz Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfərini alqışlayırıq.