HƏMAS-ın bugünkü bəyanatında bildirilir: “Amerikalı senator Lindsey Grahamın Qəzzəyə atom bombası ilə hücumla bağlı şok açıqlamaları onun mənəvi çöküşünün hansı səviyyədə olduğunu göstərir.”
Bəyanatda əlavə olunur: “Biz bu tələbləri və mövqeləri pisləyirik. Çünki bu bəyanatlar faşist işğalçı rejiminə sədaqət bəyanı istiqamətindədir və bu mövqeləri seçənlərin Fələstin xalqına qarşı soyqırım müharibəsində payları vardır.”