13 may 2024 at 17:28
Jurnalist kodu: 5564
Xəbər kodu: 85475900
T T
0 Persons

Tags

HƏMAS amerikalı senatorun Qəzzəyə nüvə hücumu ilə bağlı qalmaqallı açıqlamasına reaksiya verib

Tehran - İRNA - HƏMAS bu gün (bazar ertəsi) yaydığı bəyanatda amerikalı senatorun qalmaqallı açıqlamasını və Qəzzə zolağına nüvə hücumu ilə bağlı işarəsini kəskin pisləyib.

HƏMAS-ın bugünkü bəyanatında bildirilir: “Amerikalı senator Lindsey Grahamın Qəzzəyə atom bombası ilə hücumla bağlı şok açıqlamaları onun mənəvi çöküşünün hansı səviyyədə olduğunu göstərir.” 

Bəyanatda əlavə olunur: “Biz bu tələbləri və mövqeləri pisləyirik. Çünki bu bəyanatlar faşist işğalçı rejiminə sədaqət bəyanı istiqamətindədir və bu mövqeləri seçənlərin Fələstin xalqına qarşı soyqırım müharibəsində payları vardır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .