Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı gecə VI Ümumdünya İmam Rza (ə) Konfransının yekun mərasimində əlavə edib: Bəşəriyyət aləmi bu gün dərk edib ki, sionist rejim xərçəng şişidir və bu şiş məhv edilməlidir ki, nəinki Yaxın Şərq bölgəsi hətta dünya sülh və asayişə qovuşsun.
O, deyib: Bu gün dünya əzəmətli şəhidlərin qanı sayəsində bu həqiqətə və ədalətin bərqərar olması zərurətinə və Fələstində insanlığa qarşı törədilən bütün bu cinayətlər, körpə qətlləri və soyqırımlar, xüsusilə də Amerika və Qərbin bu cinayətlərə verdiyi dəstək, dünya əhalisinin təəssüflənməsinə səbəb olub. Lakin dünyanın əksər hissəsi hüquq sistemlərinin və beynəlxalq birliklərin və təşkilatların məzlum Fələstin xalqını dəstəkləməkdə səmərəsiz olmasından təəssüflənir.
Prezident deyib: Bu gün Qərb və Şərq universitetləri Fələstinin azadlığını və Qəzzada məzlumların müdafiəsini istəyir və zalımlara qarşı fəryad edir. Dünyanın azad insanlarının arzusu ədalətli dünya nizamının formalaşmasıdır. Şübhəsiz ki, Qəzzə uşaqlarının qanı sionist rejimin həyatına son qoymaq üçün kifayət qədər gücə malikdir.
Rəisi bildirdi: Qəzzəli uşaqların qanı Firon və Həzrət Musanın (ə) hekayəti kimi dövrün fironlarından intiqam almaqla bitə bilər. 15 min fələstinli uşağın axıdılan qanının sionistlərin həyatına son qoyacağına və hazırkı dünya nizamını ədalətli edəcəyinə şübhəmiz yoxdur.