Prezident Ayətullah Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və helikopter qəzasının digər şəhidlərinə ehtiram olaraq BMT-nin bayrağı İranın səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin və onun müavini Zəhra İrşadinin iştirakı ilə təşkilatın Nyu-Yorkdakı qərargahında yarıya endirilib.
BMT Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri də bazar ertəsi İran helikopterinin qəzaya uğramasından sonra ilk iclasda İran şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.