BMT-nin bayrağı xidmət şəhidlərinin ehtiramına yarıya endirildi - Video

Nyu-York - İRNA - BMT-nin bayrağı yerli vaxtla bu gün çərşənbə axşamı səhər saatlarında xidmət şəhidlərinin ehtiramına Birləşmiş Millətlər Təşkilatının rəsmiləri və İranın bu beynəlxalq təşkilatdakı səfirinin iştirakı ilə Nyu-Yorkda yarıya endirilib.

Prezident Ayətullah Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və helikopter qəzasının digər şəhidlərinə ehtiram olaraq BMT-nin bayrağı İranın səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin və onun müavini Zəhra İrşadinin iştirakı ilə təşkilatın Nyu-Yorkdakı qərargahında yarıya endirilib. 

BMT Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri də bazar ertəsi İran helikopterinin qəzaya uğramasından sonra ilk iclasda İran şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sizin rəyiniz

You are replying to: .