Tehran- İRNA- Sionist rejimin istefada olan generalı proqnoz verib ki, müqavimətlə aşınma müharibəsi davam edərsə, bu rejim bir ildən az müddətdə süqut edəcək.

Sionist rejimin istefada olan generalı və hərbi eksperti İshaq Brik növbəti dəfə baş nazir Binyamin Netanyahunun atəşkəs razılaşmasına mane olmaq səylərini tənqid edib.

O deyib: “Netanyahunun əlavə şərtləri atəşkəs və girovların qaytarılmasını çətinləşdirdi.”

Brik HƏMAS və Hizbullahla müharibənin davam edəcəyi surətdə, sionist rejimin bir ildən az müddətdə süqut edəcəyi ilə bağlı xəbərdarlıq edərək deyib: “Yoav Qallant (sionist rejimin müharibə naziri) anlayır ki, biz Qəzzə bataqlığında boğuluruq, əsgərlərimizi itiririk və HƏMAS-ı məhv etmək məqsədimizə çatmayacağıq.”