Sionist rejimin istefada olan generalı və hərbi eksperti İshaq Brik növbəti dəfə baş nazir Binyamin Netanyahunun atəşkəs razılaşmasına mane olmaq səylərini tənqid edib.
O deyib: “Netanyahunun əlavə şərtləri atəşkəs və girovların qaytarılmasını çətinləşdirdi.”
Brik HƏMAS və Hizbullahla müharibənin davam edəcəyi surətdə, sionist rejimin bir ildən az müddətdə süqut edəcəyi ilə bağlı xəbərdarlıq edərək deyib: “Yoav Qallant (sionist rejimin müharibə naziri) anlayır ki, biz Qəzzə bataqlığında boğuluruq, əsgərlərimizi itiririk və HƏMAS-ı məhv etmək məqsədimizə çatmayacağıq.”
Sizin rəyiniz