Nasir Kənani şənbə günü Avropa İttifaqının ali nümayəndəsinin Ukrayna münaqişəsinə müdaxilə bəhanəsi ilə İran İslam Respublikası ilə bağlı bəyanatını kəskin şəkildə pisləyib və deyib: Bir daha İran İslam Respublikasının mövqeyini açıq şəkildə xatırladıram; İranın Rusiyaya ballistik raket satması ilə bağlı istənilən iddia yalandır.
O, bəzi tərəflərin dağıdıcı mövqelər nümayiş etdirməkdə, açıqlamalar və bəyanatlar verməkdə israrlı olması barədə xəbərdarlıq edərək əlavə edib: Biz Avropa İttifaqına yalan məlumat əsasında ittihamlardan çəkinməyi tövsiyə edirik.