Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xaricdəki rəhbəri Xalid Məşəl “New York Times” qəzetinə müsahibəsində deyib: “Qəzzə zolağında HƏMAS üstünlükdədir. Bu hərəkat möhkəm dayanmışdır və İsrail ordusunu tükənmiş vəziyyətə salmışdır.”
Xalid Məşəl vurğulayıb: “HƏMAS Qəzzə zolağını tərk etməyəcək və HƏMAS rəsmiləri hər qiymətə İsraillə atəşkəs əldə etməyə tələsmirlər. Biz Amerika və İsrailin Qəzzəni HƏMAS olmadan idarə etmək təkliflərini rədd edirik.”