17 sentyabr 2024 at 16:05
Jurnalist kodu: 5564
Xəbər kodu: 85599624
T T
0 Persons
Xalid Məşəl ABŞ və İsrailin Qəzzəni idarə etmək təkliflərini rədd edib: HƏMAS üstünlükdədir

Tehran - İRNA - HƏMAS-ın xaricdəki rəhbəri bu hərəkatın Qəzzə zolağında hələ də üstünlükdə olduğunu vurğulayaraq bildirib ki, HƏMAS ABŞ və sionist rejimin Qəzzə zolağının idarə olunması təkliflərinin əleyhinədir.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xaricdəki rəhbəri Xalid Məşəl “New York Times” qəzetinə müsahibəsində deyib: “Qəzzə zolağında HƏMAS üstünlükdədir. Bu hərəkat möhkəm dayanmışdır və İsrail ordusunu tükənmiş vəziyyətə salmışdır.”

Xalid Məşəl vurğulayıb: “HƏMAS Qəzzə zolağını tərk etməyəcək və HƏMAS rəsmiləri hər qiymətə İsraillə atəşkəs əldə etməyə tələsmirlər. Biz Amerika və İsrailin Qəzzəni HƏMAS olmadan idarə etmək təkliflərini rədd edirik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .