İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani yerli vaxtla şənbə günü BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Samuel Zboqara ünvanladığı məktubda yazıb: İran İslam Respublikası bu qorxaq təcavüz hərəkətlərini ən sərt şəkildə pisləyir. İran İslam Respublikası bu hərəkətlərin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə alaraq, Təhlükəsizlik Şurasından İsrail rejiminin hərəkətlərini ciddilik və qətiyyətlə pisləməsini xahiş edir.
Publish Date: 29 sentyabr 2024 - 11:47
Nyu-York - İRNA - İran İslam Respublikası BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda İsrail rejiminin terror təcavüzü və bu müharibəni qızışdıran rejimin Livanda və bütün regionda davam edən cinayətləri ilə bağlı Şuradan fövqəladə iclas keçirməyi xahiş edib.