Ali Baş Komandan Ayətullah Seyid Əli Xamenei bazar günü (6 oktyabr 2024) keçirilən mərasimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadəni "Doğru vəd" əməliyyatı münasibətilə "Fəth" medalı ilə təltif edib. "Fəth" medalı İslam döyüşçülərinin zəfərli əməliyyatlarının və bu əməliyyatların fatehlərinin simvolu olaraq seçilib. Bu medal üç xurma yarpağından və Xürrəmşəhr Məscidinin günbəzindən və İran İslam Respublikasının bayrağından ibarətdir.