İsmayıl Bəqai 9 oktyabr çərşənbə gecəsi X sosial şəbəkəsində yazıb: “Doktor Əraqçi bu gün axşam saatlarında Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri ilə görüşdü və müzakirə apardı.”
“Tərəflər ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrin inkişafının vacibliyini vurğuladılar”, mətbuat katibi əlavə edib.
İ. Bəqai yazıb: “Bu görüşdə regionda baş verən son hadisələr müzakirə olundu, Qəzzədə soyqırımı və Livana qarşı hərbi təcavüzü dayandırmaq üçün regional və beynəlxalq əməkdaşlığın zəruriliyi vurğulandı.”