9 oktyabr 2024 at 23:07
Jurnalist kodu: 5561
Xəbər kodu: 85623311
T T
0 Persons

Tags

Əraqçi və Bin Salman ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğuladılar

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Əraqçi ilə Məhəmməd bin Salman arasında keçirilən görüşə işarə edərək bildirib: “Tərəflər ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrin inkişafının vacibliyini vurğuladılar.”

İsmayıl Bəqai 9 oktyabr çərşənbə gecəsi X sosial şəbəkəsində yazıb: “Doktor Əraqçi bu gün axşam saatlarında Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri ilə görüşdü və müzakirə apardı.”

“Tərəflər ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrin inkişafının vacibliyini vurğuladılar”, mətbuat katibi əlavə edib.

İ. Bəqai yazıb: “Bu görüşdə regionda baş verən son hadisələr müzakirə olundu, Qəzzədə soyqırımı və Livana qarşı hərbi təcavüzü dayandırmaq üçün regional və beynəlxalq əməkdaşlığın zəruriliyi vurğulandı.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .