Rəşt - İRNA - Xəzər Dənizi Birgə Yardım və Xilasetmə təliminin sözçüsü İslam Respublikasının Dəniz Qüvvələrinin dəniz bölgəsində hər hansı pozuntuya icazə verməyəcəyini vurğulayaraq, İran İslam Respublikası və Azərbaycan Respublikasının hərbi dəniz qüvvələrinin gəmilərinin iştirakı ilə keçirilən sözügedən təlimin davamında havadan çəkiliş (Photo Ex), hücum formalaşdırılması və düzəni təlimi haqqında məlumat verib.

İkinci admiral Möhsün Rəzzaqi bazar ertəsi deyib: “Xəzər Dənizi Birgə Yardım və Xilasetmə təlimində iştirak edən bölmələr aerofotoqrafiya (Photo Ex) və formalaşma ssenarisi və taktiki düzən təlimlərini uğurla başa vurdular.”
Möhsin Rəzzaqi regional və beynəlxalq səviyyədə təhlükəsizliyin yaradılmasının İran İslam Respublikası üçün çox vacib olduğunu bəyan edərək deyib: “İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri dəniz sahəsində heç bir pozuntuya icazə verməyəcək.”