Müctəba Əmani missiya yerinə geri qayıtmazdan əvvəl bu gün çərşənbə axşamı 12 noyabr səhər saatlarında Seyid Abbas Əraqçi ilə görüşüb.
Beyrutda peycer partlaması terror hadisəsi nəticəsində yaralanaraq müalicə üçün Tehrana gəlmiş İran İslam Respublikasının səfiri səhhəti bərpa olunduqdan sonra Beyrutdakı missiya yerinə yola düşəcək.
Əraqçi sionist rejimin Livana qarşı cinayətlərinin dərhal dayandırılması üçün bütün lazımi tədbirlərin görülməsinin, siyasi və beynəlxalq imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulayıb, qarşıdakı dövr üçün lazım olan tapşırıqları ölkəmizin Beyrutdakı səfirinə çatdırıb.