12 noyabr 2024 at 15:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85657583
T T
0 Persons
İranın Livandakı səfiri missiya yerinə qayıtmazdan əvvəl Əraqçi ilə görüşüb

Tehran - İRNA - İslam Respublikasının Livandakı səfiri İranın Xarici İşlər naziri ilə görüşüb. Bu görüş Müctəba Əmaninin peycer kimi tanınan terror hadisəsində yaralanmasından sonra ilk rəsmi görüşdür.

Müctəba Əmani missiya yerinə geri qayıtmazdan əvvəl bu gün çərşənbə axşamı 12 noyabr səhər saatlarında Seyid Abbas Əraqçi ilə görüşüb.

Beyrutda peycer partlaması terror hadisəsi nəticəsində yaralanaraq müalicə üçün Tehrana gəlmiş İran İslam Respublikasının səfiri səhhəti bərpa olunduqdan sonra Beyrutdakı missiya yerinə yola düşəcək.

Əraqçi sionist rejimin Livana qarşı cinayətlərinin dərhal dayandırılması üçün bütün lazımi tədbirlərin görülməsinin, siyasi və beynəlxalq imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulayıb, qarşıdakı dövr üçün lazım olan tapşırıqları ölkəmizin Beyrutdakı səfirinə çatdırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .