Tehran - İRNA - İranın Ali Rəhbəri internet saytının X sosial şəbəkəsindəki paylaşımında Suriyada terrorçu qrupların yenidən fəallaşması ilə bağlı onun mövqeyini açıqlayıb.

Bu yazıda deyilir: Təkfirçi qruplar İslam dünyasının düşmənləri üçün xoş xəbərdir. Məhz İslam ümmətinin bütün diqqəti Fələstin məsələsində olduğu şəraitdə, sionist rejimin şər reallığına diqqət yetirmək əvəzinə, diqqəti başqa yerə yönəldən onlardır.
Son günlər dünyanın bəzi siyasi və beynəlxalq xadimləri Qəzzada 50 minə yaxın müsəlmanın öldürülməsinə toxunaraq, Suriyada bu terror əməliyyatlarının baş verməsini ABŞ və İsrailin müqavimət cəbhəsini Suriyaya cəlb etməklə və dünyanın diqqətini Fələstindəki cinayətlərdən yayındırmaq üçün həyata keçirdiyi plan olduğunu bildiriblər.