Tehran - İRNA - Fələstin Xalq Cəbhəsi Fələstin Milli Hökuməti qüvvələrinin fələstinli mübarizlərə qarşı hücumlarına reaksiya verərək, bu hücumları qırmızı xətlərin təhlükəli keçilməsi hesab edib.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi Fələstin Milli Hökuməti qüvvələrinin Cenində fələstinli mübarizlərə qarşı hücumlarına reaksiya verib.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi vurğulayıb: “Cenində təhlükəsizlik qüvvələrinin müqavimətə qarşı hücumu qırmızı xəttin təhlükəli şəkildə keçilməsidir. Müqavimətin silahı qanunidir. Mübarizlər qanunu pozanlar deyil, xalqın tərəfdarlarıdır.”

Sözügedən cəbhə əlavə edib: “Milli Hökumətin səhv hesablamaları vəziyyəti təhlükəli enişə aparır və bu, daxili münaqişəyə səbəb ola bilər.”