16 dekabr 2024 at 20:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85692119
T T
0 Persons
Fələstin Xalq Cəbhəsi: Fələstin hökumətinin müqavimətə qarşı hücumu qırmızı xətti keçməkdir

Tehran - İRNA - Fələstin Xalq Cəbhəsi Fələstin Milli Hökuməti qüvvələrinin fələstinli mübarizlərə qarşı hücumlarına reaksiya verərək, bu hücumları qırmızı xətlərin təhlükəli keçilməsi hesab edib.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi Fələstin Milli Hökuməti qüvvələrinin Cenində fələstinli mübarizlərə qarşı hücumlarına reaksiya verib.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi vurğulayıb: “Cenində təhlükəsizlik qüvvələrinin müqavimətə qarşı hücumu qırmızı xəttin təhlükəli şəkildə keçilməsidir. Müqavimətin silahı qanunidir. Mübarizlər qanunu pozanlar deyil, xalqın tərəfdarlarıdır.”

Sözügedən cəbhə əlavə edib: “Milli Hökumətin səhv hesablamaları vəziyyəti təhlükəli enişə aparır və bu, daxili münaqişəyə səbəb ola bilər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .