Rəcəb ayı nəfsin paklanması və Allaha yaxınlaşmaq ayıdır. Xüsusi ibadətlərdən tutmuş, Ləylətul-rəğaib və həzrət Əlinin (ə) mövludu kimi mühüm məqamlara qədər bu ay mənəvi təkmilləşmə və Ramazana hazırlıq üçün bir fürsətdir.

Rəcəbul-murəccəb” kimi də tanınan Rəcəb ayı hicri-qəməri tarixinin yeddinci ayıdır və İslam təqvimində haram aylardan biridir. Allahın Rəsulu (s) bir hədisdə buyurur: “Rəcəb Allahın ayı, Şəban mənim ayım və Ramazan mənim ümmətimin ayıdır.” Bu hədisdə Rəcəb ayının xüsusi əhəmiyyəti mübarək Ramazan və Şaban aylarının yanında yer alır. Həmçinin deyilib ki, hər kim Rəcəb ayında bir gün oruc tutsa, sanki bir ay oruc tutmuşdur.

Bu il yanvarın 2-dən başlayıb, yanvarın 31-dək davam edəcək Rəcəb ayı nəfsi paklama, ibadət və özünü tərbiyə ayıdır. Həm də Allaha doğru gedən yolda yeni bir dövrün başlanğıcıdır. Bu ay Allahla mənəvi əlaqəni gücləndirmək və xüsusi ibadətlər etmək üçün bir fürsətdir.

Rəcəb ayının ilk cümə gecəsi olan Ləylətul-rəğaib kimi mühüm münasibətlər müsəlmanların xüsusi diqqətini çəkir. Həmçinin, bu ayda həzrət Əlinin (ə) mövludu İslam tarixinin ən mühüm məqamlarından biridir.

Rəcəb ayının xüsusiyyətləri

İmam Sadiq (ə) Rəcəb ayının fəzilətini vəsf edərkən buyurur: “Qiyamət bərpa olduğu zaman bir carçı səslənər: Rəcəb əhli haradadır? (Rəcəb ayını dəyərli hesab edib ondan bəhrələnənlər haradadır?) Bundan sonra bir qrup üzləri nurlu şəkildə, başlarına dürdən və yaqutdan tac qoyulmuş halda ayağa qalxar. Onların həm sağ, həm də sol tərəflərində min mələk vardır ki, onlara müjdə verib belə deyirlər: İlahi kəramət sənə mübarək olsun!

Bundan sonra Allahdan nida gələr: “Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, mən sizi hörmətli tutacaq, sizlərə çoxlu nemət əta edəcək, sizlər üçün altından çaylar axan cənnət məkanları verəcəyəm. Siz orada əbədi qalacaqsınız. Həqiqətən siz Mənim üçün böyük olan Rəcəb ayında öz istəyinizlə oruc tutdunuz və onun əməllərini yerinə yetirdiniz.”

Bundan sonra İmam (ə) yenə buyurdu: “Bu mükafatlar Rəcəb ayında hətta onun əvvəlindən, ortasından və ya axırından bir gün belə olsa, oruc tutan şəxs üçündür.

Rəcəb ayına aid olan ibadətlər 

Rəcəb ayının namazları

Rəcəb ayı boyu altmış rəkət namaz

Rəcəb ayında altmış rükət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir ki, bu ayın hər gecəsi iki rəkət namaz qılsın və onun hər rəkətində bir dəfə “Həmd”, üç dəfə “Kafirun” və üç dəfə “İxlas” surəsini oxusun. Namazın salamından sonra əllərini göyə qaldırıb belə desin:

لا إلهَ الا اللَّهُ وَحْدَهُ لا شَرِیْکَ لَهُ له الْمُلْکُ وَ لَهُ الْحَمْدُ یُحْیی وَ یُمیتُ وَ هُوَ حَىُّ لا یَمُوتُ بِیَدِهِ الْخَیْرُ وَ هُوَ عَلی‌ کُلِّ شَىْ‌ءٍ قَدِیْرٌ وَ إِلَیْهِ الْمَصِیْرُ وَ لا حَوْلَ وَ لا قُوَّهَ الا بِاللَّهِ العَلِىِّ العَظِیْمِ اللّهُمَ صَلِّ عَلی‌ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ النَبىِّ الأُمِّی

La ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ləhul-mulku və ləhul-həmdu yuhyi və yumitu və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəyin qədirun və iləyhil-məsir. Və la hövlə və la quvvətə illa billahil-əliyyil-əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil-ummiyy

Sonra əllərini üzünə çəksin.

Allahın Rəsulu (s) buyurdu: “Hər kim belə etsə, Subhan Allah onun duasını qəbul edər, altmış həcc və altmış ümrənin savabını ona verər.

Salman namazı

Bu namaz otuz rəkətdən ibarətdir ki, Rəcəb ayının üç vaxtı: əvvəlində, ortasında və axırında qılınır. Salman namazının qılınma qaydası belədir:

  • On rəkət namaz Rəcəb ayının əvvəlində: Rəcəb ayının əvvəlində on rəkət namaz qılınır və hər rəkətdə bir dəfə “Həmd”, üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surəsi oxunur. Namazın salamından sonra əllərini göyə qaldırıb belə deyir:

لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ كُلُّهُ- وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ. اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ- وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ

La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. Əllahummə la maniə lima əətəytə və la mutiyə lima mənətə və la yənfəu zəl cəddi minkəl cədd.

Sonra əllərini üzünə çəkir.

  • On rəkət namaz Rəcəb ayının ortasında: Yuxarıda deyilən qaydada on rəkət namaz qılır, namazın salamından sonra əllərini göyə qaldırıb bu duanı oxuyur:

»لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ إِلَهاً وَاحِداً أَحَداً فَرْداً صَمَداً لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً«

“La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən vəla vələda”

Sonra əllərini üzünə çəkir.

  • On rəkət namaz Rəcəb ayının sonunda: Yuxarıda deyilən qaydada qılınır. Namazın salamından sonra əllərini göyə qaldırıb belə dua edir:

»لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ آلِهِ الطّاهِرين وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیّ الْعَظیم«

La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim.”

Sonra əllərini üzünə çəkir və öz istəklərini Allahdan istəyir.

Rəcəb ayının duası

Rəcəb ayının digər xüsusi əməllərindən biri də bu ayın duasıdır. Tövsiyə olunmuşdur ki, Rəcəb ayının bütün günlərində bu duanı oxusunlar və həzrət İmam Səccad (ə) onu Rəcəb ayında Hicri-İsmayılda oxumuşdur:

بسم الله الرّحمن الرّحیم

یا مَنْ یَمْلِکُ حَوآئِجَ السَّآئِلینَ و یَعْلَمُ ضَمیرَ الصَّامِتینَ، لِکُلِّ مَسْئَلَهٍ مِنْکَ‏ سَمْعٌ حاضِرٌ، وَ جَوابٌ‏ عَتیدٌ، اَللّهُمَّ وَ مَواعیدُکَ الصَّادِقَهُ، و اَیادیکَ الفاضِلَهُ وَ رَحْمَتُکَ‏ الواسِعَهُ، فَاَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلى‏ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، و اَنْ تَقْضِىَ‏ حَوائِجى‏ لِلدُّنْیا وَ الْأخِرَهِ، اِنَّکَ عَلى‏ کُلِّشَىْ‏ءٍ قَدیرٌ.

“Ya mən yəmliku həvaicəs-sailinə və yələmu zəmirəs-samitinə likulli məsələtin minkə səmun hazirun və cəvabun ətid. Əllahummə və məvaidukəs-sadiqətu və əyadikəl-fazilətu və rəhmətukəl-vasiəh. Fəəsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd. Və ən tuqziyə həvaici lid-dunya vəl-axirəh. İnnəkə əla kulli şəyin qədir.”

Rəcəb ayının zikrləri

Rəcəb ayının digər mühüm əməlləri arasında bu ayın zikrləri və duaları da vardır ki, bunlara aşağıdakılar daxildir:

Min dəfə demək:

  • أَسْتَغْفِرُ اَللَّهَ ذَا اَلْجَلاَلِ وَ اَلْإِكْرَامِ مِنْ جَمِيعِ اَلذُّنُوبِ وَ اَلْآثَامِ

“Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiiz-zunubi vəl-asam”

Bu zikr bütün günahların bağışlanmasına səbəb olar.

  • 10 min dəfə, yaxud min dəfə “İxlas” surəsini oxumaq.
  • Yüz dəfə bu zikri demək:

أَسْتَغْفِرُ اَللَّهَ اَلَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ وَحْدَهُ لاٰ شَرِيكَ لَهُ وَ أَتُوبُ إِلَيْهِ

Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubə iləyh.

  • Min dəfə “La ilahə illəllah” demək.
  • Min dəfə “Subhanəllah” demək.
  • Yüz dəfə “Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubə iləyh” demək.
  • Bu zikri demək:

عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ

“Əzuməz-zənbu min əbdikə fəl-yəhsunil-əfvu min indik.”

  • Bu istiğfarı demək:

استغفر الله و اتوب الیه

“Əstəğfirullahə və ətubu iləyh”

  • Hər namazdan sonra bu duanı oxumaq:

يا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيا وَ جَمِيعَ خَيْرِ الٰاخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيا وَ شَرِّ الٰاخِرَةِ فَإِنَّهُ غَيْرُ مَنْقُوصٍ ما أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يا كَرِيمُ

Sonra sol əli ilə öz saqqalını tutsun və sağ əlinin işarə barmağını sağa-sola hərəkət etdirsin və yalvarışla desin:

يا ذَا الْجَلٰالِ وَ الإِكْرامِ يا ذَا النَّعْماءِ وَ الْجُودِ يا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النّارِ

Ya mən ərcuhu likulli xəyrin və amənu səxətəhu ində kulli şərr. Ya mən yutil-kəsirə bil-qəlil. Ya mən yuti mən səələh. Ya mən yuti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh. Ətini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti fəinnəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərim.

Sonra sol əli ilə öz saqqalını tutsun və sağ əlinin işarə barmağını sağa-sola hərəkət etdirsin və ağlayaraq desin:

Ya zəl-cəlali vəl ikram. Ya zən-nəəmai vəl-cud. Ya zəl-mənni vət-təvl. Hərrim şəybəti ələn-nar.

Müstəhəb oruclar

Rəcəb ayının ən mühüm əməllərindən biri də oruc tutmaqdır. Bu ayda oruc tutmağın çoxlu savabının olması haqqında Şeyx Səduq “Səvabul-əmal və iqabul-əmal” kitabında Allahın Rəsulundan (s) belə nəql etmişdir: “Hər kim iman üzündən və Allahın razılığını əldə etmək üçün bərəkətli Rəcəb ayında bir gün oruc tutsa, Allahın xüsusi razılığına səbəb olar və kimsə bütün yer kürəsi qədər qızıl infaq etsə də, bu ayın bir gününü oruc tutmaqdan xeyirli olmaz.

Rəcəbin on üçüncü gününün əməlləri

Şeyx Abbas Qumi “Məfatihul-cinan” kitabında Rəcəbin on üçüncü günü ilə bağlı yazır: Rəcəb, Şəban və Ramazan aylarının hər birinin on üçüncü axşamı iki rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə “Həmd”dən sonra “Yasin”, “Mulk” və “İxlas” surələri oxunur.

Allahın Rəsulundan (s) rəvayət olunub ki, hər kəs Rəcəb ayının on üçüncü axşamı on rəkət (5 dənə iki rəkətli) namaz qılsa: birinci rəkətdə “Həmd”dən sonra bir dəfə “Adiyat” və ikinci rəkətdə “Həmd”dən sonra bir dəfə “Təkasur” surəsini oxusa, digər rəkətləri də bu qayda ilə qılsa, Mütəal Allah onun günahlarını bağışlayar.

Rəcəb ayının on üçü əyyamul-beyzin (bəyaz günlər) ilk günüdür, bu və bundan sonrakı iki gün oruc tutmağın çoxlu fəzilətləri vardır. Əgər bir kəs “Ümmu Davud” əməllərini yerinə yetirmək istəsə, bu üç günü oruc tutmalıdır. Bu mübarək gündə həzrət Əlinin (ə) əzəmətli Kəbə evində dünyaya gəldi. Bu üç günün ən mühüm əməlləri sırasında üç gün etikaf və oruc tutmaq yer almışdır.

Qeyd olunduğu kimi müstəhəbdir ki, Rəcəb ayının on üçüncü axşamı iki rəkət namaz qılınsın. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə bir dəfə “Həmd”, bir dəfə “Yasin”, bir dəfə “Mulk” və bir dəfə “İxlas” surəsi oxunur. On dördüncü axşam dörd rəkət, yəni iki dənə iki rəkətli namaz yenə həmin qayda ilə qılınır və on beşinci axşam altı rəkət, yəni üç dənə iki rəkətli namaz qeyd olunan qayda ilə qılınır.

İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, hər kim bu əməli yerinə yetirsə, bu üç ayın bütün fəzilətlərinə nail olmuşdur və şirkdən başqa bütün günahları bağışlanar.

Rəcəb ayının on beşinci ayının əməlləri

Yuxarıda qeyd olunduğu kimi etikaf, oruc və Salman namazı Rəcəb ayının on üçüncü, on dördüncü və on beşinci günlərinin (14, 15, 16 yanvar) ortaq əməllərindəndir. Bunlardan əlavə namaz, zikr, istiğfar və sədəqə də Rəcəb ayının ortasının əməllərindəndir.

Etikaf

Bu ibadət oruc tutmaqla yanaşı, müəyyən müddət (ən azı üç gün) məsciddə qalmaqdan ibarətdir. Bu ibadətin əsasını məsciddə qalmaq və oruc tutmaq təşkil edir. Onun üçün əlavə heç bir xüsusi ibadət və ya əməl qeyd olunmayıb. Bununla belə, bu əməli yerinə yetirənlər vaxtlarının çoxunu ibadət və dua ilə keçirirlər. Etikaf günlərində məsciddə qalmağın və ya məsciddən çıxmağın özünün əhkam və şərtləri vardır ki, fiqh kitablarında bəyan olmuşdur.

Rəcəb ayının mühüm hadisələri

Ad

Hadisə

Hicri-qəməri tarixi

Miladi tarixi

Ləylətul-Rəğaib

Arzular gecəsi

və o gecənin xüsusi ibadətləri

Rəcəb ayının ilk cümə axşamı 2 yanvar

Həzrət Əlinin (ə) mövludu

Şiələrin ilk imamı həzrət Əlinin (ə) mövlud bayramı

13 Rəcəb

14 yanvar

İmam Hadinin (ə) şəhadəti

Şiələrin onuncu imamı, həzrət Hadinin (ə) şəhadəti

3 Rəcəb

4 yanvar

İmam Baqirin (ə) mövludu

Şiələrin beşinci imamı həzrət Məhəmməd Baqirin (ə) mövludu

10 Rəcəb

11 yanvar

Bəyaz günlər

Üç gün etikaf

13, 14, 15 Rəcəb 14, 15, 16 yanvar
Həzrət Zeynəbin (ə) vəfatı

İmam Hüseynin (ə) bacısı həzrət Zeynəbin (ə) vəfatı

15 Rəcəb

16 yanvar

İmam Musa Kazimin (ə) şəhadəti

Şiələrin yeddinci imamının şəhadəti

25 Rəcəb

26 yanvar

Peyğəmbərin (s) məbəsi

İslam Peyğəmbərinin (s) peyğəmbərliyə məbus olmasının ildönümü

27 Rəcəb

28 yanvar