2 iyul 2023 at 00:58
Jurnalist kodu: 5290
Xəbər kodu: 85157013
T T
0 Persons

Tags

Halüsinogen alternativ haqqında hər şey

2 iyul 2023 at 00:58
Xəbər kodu: 85157013
Halüsinogen alternativ haqqında hər şey

Elektron_siqaret və ya Vip istifadəsi geniş yayılmışdır, halbuki, tütünün azad istifadəsini dəstəkləyən bir çox ölkələrdə onun istifadəsi ciddi hüquqi maneə və məhdudiyyətlərlə üzləşir.

Asılılığın zərərinin qarşısının alınması sahəsinin ekspertləri bildirirlər ki, 18 yaşlı gənc bu siqaret növündən istifadə edib ona aludə olmaqla, onun ciyəri iki il ərzində 70 yaşlı kişinin ciyəri kimi olacaq.


İRNA-nın həyat qrupu - Elektron siqaret və ya Vip istifadəsi geniş yayılmışdır, halbuki, tütünün azad istifadəsini dəstəkləyən bir çox ölkələrdə onun istifadəsi ciddi hüquqi maneə və məhdudiyyətlərlə üzləşir.


Asılılığın zərərinin qarşısının alınması sahəsinin ekspertləri bildirirlər ki, 18 yaşlı gənc bu siqaret növündən istifadə edib ona aludə olmaqla, onun ciyəri iki il ərzində 70 yaşlı kişinin ciyəri kimi olacaq. Siqaret çəkən insanlar gün ərzində istehlak etdikləri siqaretlərin sayını istər-istəməz xatırlayırlar. Onlardan bəziləri bu istifadə üçün zehinlərində xətt çöpü təsəvvür ediblər və onu pozmurlar. Amma elektron siqaret istehlakçını aldadır. Yanmır, filtrə çatmır və bir neçə dəfə somurduqdan sonra tükənmir. Butün bunlar kanserogen məhsulun zatını təşkil edirlər. Bir çox insanlar siqareti tərgitmək və ya ətrafdakıların siqaret çəkməyə etirazlarından qaçmaq üçün bəhanə olaraq Vip-ə üz tuturlar. Halbuki, bu növ siqaretə aludəçiliyin on qat daha ölümcül olduğu bildirilib.


Amerika və Hindistan Vip-i qadağan edən ölkələr arasında öndədir


Təxminən 3 il həbs və 7000 dollar ekvivalentində 500 000 rupi cərimə Hindistan Səhiyyə Nazirliyinin elektron siqaretlərin yayılması ilə mübarizə üçün gördüyü qanuni tədbirlərin yalnız bir hissəsidir. 2018-ci ildə Hindistanın böyük şəhərlərində gənclər arasında siqaret epidemiyası sensassiya yaratdı. Vip ilə bağlı ilk ölüm 2019-cu ildə ABŞ-da qeydə alınıdı və onun istifadəsinin ciddi yan təsirləri Çin, Braziliya, Çili, Sinqapur, Amerika və İspaniya kimi ölkələri bu maddənin istifadəsi üçün məhdudiyyətlər və cərimələr nəzərdə tutmağa məcbur etdi.


Görünməz zərərlər


Vip-lər dost-tanış məclislərində siqaret çəkməkdən yan keçmək üçün təqdim olunur, amma bu elektron siqaretlərdən istifadənin fəlakəti və onun fəsadları bir-birinin ardınca medianın xəbərlərinə çevrilib. Populyar inancın əksinə olaraq, elektron siqaret də asılılıq yaradır və onun qıcıqlandırması adi siqaretlərdən az deyil. Bir çox istifadəçi siqareti tərgitmək üçün bu məhsuldan istifadə edərkən narkotikdən istifadə etməyə başlayıb.


Vip-ə asılılıq övlad sahibi olmağı yarıya endirir


Bioloji dəyişikliklər, xüsusilə də kişilərdə siqaretə asılılıqdan sonra test nəticələrində aşkar olur. Yeni araşdırmaların nəticələri göstərir ki, elektron siqaretə olan aludəçiliyin kişilərdə sonsuzluq səviyyəsi ilə birbaşa əlaqəsi var. İltihablara səbəb olmaq və prostat xəstəliklərinə yoluxmaq bu siqaretlərin çəkilməsinin digər ciddi yan təsirləridir. Kaliforniya Universitetinin tədqiqatçıları son araşdırmalarının nəticələrində bildiriblər ki, elektron siqaret tüstüsünün tərkibindəki kimyəvi maddələr hüceyrə funksiyasına daimi təsir göstərir və bu prosesin iki il müddətində davam etdirilməsi istifadəçilərin cinsi qabiliyyət səviyyəsində ciddi pozuntulara səbəb ola bilər.


Həşiş ilə tamlandırmaq


Vip-lər adətən müştərilərə cəlbedici dadlarla təklif olunur. Adətən nanə və darçın bu məhsulun yarı sabit essensiyalarıdır. Ancaq hər şey bununla bitmir. Son vaxtlarda bu məhsulun bəzi idxalçıları bu essensiyaları maye həşişlə əvəz ediblər. Bu məhlul ciddi şəkildə asılılıq yaradır və istifadədən sonra ilk saatlarda istehlakçıda qeyri-adi reaksiyalara səbəb olur. Narahatlıq, bipolyar davranışlar, zirvəyə qalxan və sürətlə enən həyəcan, habelə qan təzyiqinin artması maye həşişə aludə olmuş essensiyaların istifadəsinin ilk nəticələrindən sayılır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .