Ərdəbil imam cüməsi: İsrailin bölgədə mövcudluğu azərilər üçün ən böyük təhlükədir

Ərdəbil – İRNA - Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi: “Azərilər və azərilər yaşayan bölgələr üçün ən böyük təhlükə İsrailin mövcudluğudur. Bu xəbis rejim azərilərin yasaq zonasına daxil olub.”

İRNA müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid Həsən Amili cümə axşamı Şeyx Səfiyəddin Ərdəbili Türbəsinin Xətai Qalereyasında “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” ilə bağlı keçirilən anım mərasimində deyib: “Biz azərilər üçün qəddar, fasid, cinayətkar, qaniçən, qəsbkar, uşaq qatili, fəsad mikrobu, xərçəng şişi və qlobal imperializm jandarmının azərilərin bölgəsinə daxil olması qədər utancverici bir məsələ yoxdur.”


İmam cümə əlavə edib: “Oğru evə girəndə hamı səsini qaldırmalıdır ki, oğru özünü əmin-amanlıqda hiss etməsin. Allahın, Onun Rəsulunun (s), Quranın və Əhli-beytin (ə) düşməni bir evə daxil olanda o evi təpədən dırnağa qədər rüsvaylıq və çirkinlik bürüyəcək. Bu səbəbdən də hamı səsini qaldırmalıdır.”


Sionist rejimin cinayətlərinə toxunan imam cümə deyib: “ Sionist rejim o qədər cinayətlər edib ki, bu günlərdə avropalı siyasətçilərdən biri İsrailin yaradılmasının əvvəldən səhv olduğunu söylədi. Yəhudiləri əsasən ingilislər Fələstinə gətirdilər. İndi isə bu işdə səhv etdiklərini etiraf edirlər. Amma “səhv etdik” cümləsi ilə məsuliyyət aradan qalxırmı? Buş da İraqa hücumdan sonra dedi ki, biz səhv etmişik və İraqda kütləvi qırğın silahları yox idi, amma Allah bizi bağışlayacaq!!!”


Ayətullah Amili çıxışının davamında deyib: “Azərbaycanın böyük xalqına deyirəm ki, İsrail sizi və Azərbaycanı sevmir, İrandan qisas almaq üçün azəri bölgəsinə gəlib.”


Sionist rejimin məqsədi İran və Azərbaycan Respublikası arasında münasibətləri pozmaqdır
Ərdəbil imam cüməsi daha sonra deyib: “sionist rejimin bura gəlməkdə əsas məqsədi İranla Azərbaycan arasında münasibətləri korlamaqdır. Son aylarda iki ölkə arasında münasibətlərdə baş verənlərin, hamısı sionist rejimin planı idi.”


İmam cümə qeyd edib ki, sionist rejimin azəri bölgəsinə gəlişi bütün dünya müsəlman xalqlarını biz azərilərə qarşı bədbin edib və bu zillətə, bu baxışa dözmək biz azərilər üçün çox çətindir.


Azərbaycan Respublikası vətəndaşlarının Araz çayının o tayından İrana gəlişinin ildönümü olan 19 yanvar günü Ərdəbil əyalətində hər il “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur.

Sizin rəyiniz

You are replying to: .