İRNA-nın məlumatına görə, Martin Xayme Flamenko musiqisinin mərkəzi olan Malaqa şəhərindən olan bəstəkardır və bu əsəri xüsusi olaraq Sankt-Peterburq Mariinski Operasında Əli Rəhbərinin dirijorluğu ilə Şərq və Qərb musiqisi toplusu (sikl) üçün bəstələyib. Bu əsər, Malaqa Filarmonik Orkestrinə 5 il bədii rəhbərlik etməsinə təşəkkür olaraq Əli Rəhbəriyə hədiyyə olunub.
Hazırda Rusiyanın Sankt-Peterburq şəhərinin Mariinski Operasının daimi qonaq dirijoru olan Əli Rəhbəri, Malaqa ilə yanaşı, həm də Brüssel, Praqa və Zaqreb simfonik orkestrlərinin bədii rəhbəri olub.
Gələn həftə on ikinci konserti və yeni proqramı ilə yekunlaşacaq bu sənət mövsümündə Əli Şərq və Qərb musiqisinə rəhbərlik etməyi seçib. Flamenko musiqisi, əslində Şərq və Qərb musiqisini birləşdirən musiqidir.
İyulun 14-ü cümə günü keçirilən bu konsert də ötən 12 ayın bütün konsertləri kimi Rusiya televiziyası üçün lentə alınıb və fransız bəstəkarı Moris Ravelin “Daphnis et Clouet” süitası və 20-ci əsr rus bəstəkarı Dmitri Şostakoviçin 10 nömrəli simfoniyası ilə başa çatıb.
Sizin rəyiniz