22 iyul 2023 at 00:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85176722
T T
0 Persons

Tags

Əmir Abdulahiyan isveçli həmkarı ilə telefon danışığında: İsveç İslam ölkələrinin qəti qərarlarını gözləməlidir

İsveç xarici işlər naziri bu gün doktor Əmir Abdullahiyanla telefon danışığında deyib: “İsveç hökuməti müsəlmanların müqəddəs kitabı Qurani təhqir olunmasını pisləyir.”

Tobias Billström deyib: “Baş nazir və İsveç Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bu hərəkətin İsveç hökumətinin mövqeyi olmadığı açıq şəkildə ifadə olunub.”

İsveç xarici işlər naziri deyib ki, İsveç polisi toplantılara icazə verir. İsveçdə kimsə müsəlmanların Quranını təhqir etməyə icazə verməyib, amma bu şəxs (aksiya icazəsindən) sui-istifadə edib və biz bunu pisləyirik.

Doktor Əmir Abdollahiyan isveçli həmkarının açıqlamalarına cavab olaraq vurğulayıb: “Qurani-Kərimə və ilahi dinlərin digər müqəddəs kitablarına hörmətsizlik istənilən yerdə, istənilən şəxs tərəfindən və istənilən şəraitdə kəskin şəkildə pislənir. Söz azadlığı adı altında bu hərəkətlərin təkrarlanması yolverilməzdir və buna heç cür haqq qazandırmaq mümkün deyil.”

Ölkəmizin xarici işlər naziri əlavə edib: “İsveç ağır nəticələri olan bu cür təfriqəçilik və zorakılığın təbliğinə son qoymalıdır.”

Doktor Əmir Abdullahiyan bildirib: “İsveç insan hüquqları sahəsində lider olduğunu iddia etdiyi halda, BMT İnsan Hüquqları Şurası iclasının dini müqəddəslərin təhqirini pisləyən qətnaməsindən 10 gündən az keçdiyi bir müddətdə buna necə məhəl qoymur?”

Doktor Əmir Abdullahiyan İsveç xarici işlər nazirinə deyib: “İsveç polisi icazə verdi ki, söz azadlığından sui-istifadə etməklə bütün dünya müsəlmanlarının vicdan, fikir və inancının mərkəzi özəyi açıq şəkildə təhqir olunsun. Əslində bu, müsəlmanlara qarşı açıq zorakılıq sayılır. Əgər İbrahimi dinlərindən və digər müqəddəs kitablardan hər hansı birinə qarşı belə bir hadisə baş verərsə, cinayəti törədən şəxs və ya qruplaşmanın üzvləri məhkum olunmaqla yanaşı, həbs və mühakimə olunmalıdır.”

Ölkəmizin diplomatik aparatının başçısı qeyd edib: “Bəyanatdan əlavə, bu bağışlanmaz hərəkəti törədən şəxs həbs və mühakimə olunmalı və əməllərinə görə cavab verməlidir. Əks təqdirdə İsveç İslam ölkələrinin qəti qərarlarını gözləməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .