22 iyul 2023 at 12:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177222
T T
1 Persons

Tags

Azərbaycanın Şuşa şəhərində İRNA-nın Azəri dili bölməsinin açılışı olub

Bakı - İRNA - İRNA-nın baş direktoru Azərbaycan Respublikasına 4 günlük səfəri zamanı İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Azəri dili bölməsinin açılışını edib.

İRNA-nın baş direktoru Əli Nadiri bu xəbər agentliyinin Azəri dili bölməsinin açılışında deyib: “İRNA Xəbər Agentliyinin “az.irna.ir” ünvanlı Azəri bölməsi azəridilli auditoriyanın İran xəbərlərini birbaşa əldə edə bilməsi, iki dost, qardaş və dindaş ölkə arasında empatiya və yaxınlıq yaratmaq, Azərbaycan xalqının İran mədəniyyəti ilə mümkün qədər tanış olması, İran və Azərbaycanın ortaq düşmənlərinin təfriqə salmaq və nifrət yaymaq üçün müdaxiləsinə qarşı çıxmaq, Azərbaycanda İrana qarşı saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə fəaliyyətinə başlamışdır.”

Şuşa şəhərində keçirilən “Dördüncü Sənaye İnqilabı Əsrində Yeni Media” forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev İRNA müxbirinin “İRNA Azəri” saytının açılması və həmçinin İRNA-nın Bakıda ofisinin fəaliyyətə başlaması ilə bağlı sualını cavablandırarkən deyib: “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV qonşu ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.”

İlham Əliyev İRNA-nın Azərbaycan Respublikasındakı rəhbərlərinə və müxbirlərinə uğurlar arzulayaraq deyib: “Əminəm ki, siz münasibətlərin güclənməsində müsbət rol oynayacaqsınız.”

İRNA-nın Azəri saytı fəaliyyətinin birinci mərhələsində İranın iqtisadi, siyasi, mədəni, turizm, gömrük və hərbi sahədə xəbərlərini azərbaycanlı auditoriyaya təqdim edəcək. Bundan əlavə, İran və Azərbaycanla bağlı coğrafi bölgələrdə dünyanın ən son mühüm xəbərlərini dərc edəcək.

İRNA Azəri həmçinin Azərbaycan auditoriyasına mühüm beynəlxalq və regional problemlərə dair ən son təhlillər və hesabatlar təqdim edəcək.

İRNA-nın Azəri dili şöbəsinin açılış mərasimində Əli Nadiri iki qonşu ölkə arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə yaxın gələcəkdə İRNA-nın Bakıda ofisinin açılacağını elan edib.

1 Persons

Sizin rəyiniz

You are replying to: .