23 iyul 2023 at 14:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85178444
T T
0 Persons

Tags

Pezeşkian İRNA azərbaycancanın açılışını alqışladı: Media zərərli cərəyanların qarşısını alır

Tehran – İRNA – Təbriz xalqının İslam Şurasındakı nümayəndəsi İslam Respublikası Xəbər Agentliyinin Azərbaycan dili bölməsinin fəaliyyətə başlamasını alqışlayaraq dedi: İran-Azərbaycan əlaqələrində medianın funksiyası marjinal xəbər qruplarının şişirtməsinin qarşısını almaq və iki ölkə arasında əlaqəni real hadisələr əsasında gücləndirməkdir.

İRNA-nın parlament müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikası Xəbər Agentliyinin Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki ofisi bu gün İRNA-nın baş direktoru və İran İslam Respublikasının bu ölkədəki səfiri Seyid Abbas Musəvinin iştirakı ilə yenidən fəaliyyətə başlayıb və Azərbaycan dili İRNA-nın 11-ci xarici dili olaraq fəaliyyətə başlayıb.

Təbriz xalqının İslam Şurasındakı nümayəndəsi Məsud Pezeşkian İRNA-nın müxbiri ilə müsahibədə bu hərəkətə münasibət bildirəkən, həmçinin medianın İran və Azərbaycan əlaqələrinin inkişafındakı rolu ilə bağlı deyib: Əgər iki ölkənin mətbuatı marginal qrupların qabartmasına mane ola və İran və Azərbaycan arasındakı real münasibətlərə aid xəbərlər dərc edə bilsə, xalqlar arasında əlaqələrin inkişafına kömək edəcəklər.

O əlavə etdi: Qardaş olan və eyni dini paylaşan, hətta bəzi iranlılar və azərbaycanlılar arasında sərhədin hər iki tərəfində bir-biri ilə qohum olan İran və Azərbaycan Respublikası arasındakı münasibətlər indiki vəziyyətdən daha yaxşı ola bilər. Lakin xəbərlərin böyüdülməsi və intensivləşməsi və ya iki ölkəni bir-birinə qarşı qoyan siyasətçilərin hərəkətləri kimi məsələlər siyasi və mədəni əlaqələrə xələl gətirir.

Təbriz xalqının məclisdəki nümayəndəsi iki ölkənin siyasətçilərinin hər iki ölkənin əlaqələrin inkişafının faydalarından bəhrələnmələri üçün qazan-qazan siyasətini mənimsəmələrini lazım olduğunu bildirərək dedi: İqtisadi və ictimai münasibətdə hər iki tərəf fayda əldə etməlidir və bir tərəfin faydalandığını, digərinin isə faydalanmadığını təsəvvür etmək heç bir nəticə verməyəcək.

Pezeşkian qeyd edib ki, mədəni və media ünsiyyəti azərbaycanlılar arasında etnik təəssübkeşliyin inkişafına mane olacaq və onun aradan qaldırılması da vətəndaşlar arasında siyasi, sosial və iqtisadi ədalət hissi sayəsində mümkündür.

İRNA-nın məlumatına görə, İRNA-nın baş direktoru Əli Nadiri Azərbaycan Respublikasına dördgünlük səfəri zamanı İran İslam Respublikası Xəbər Agentliyinin Azərbaycan dili bölməsini açıb və deyib: İRNA xəbər agentliyinin az.irna.ir ünvanındakı Azərbaycan dili bölməsi Azərbaycan dilli auditoriyanın İran xəbərləri ilə ilkin mənbədən tanış olması, iki dost, qardaş və eyni məzhəbli ölkə arasında yaxın dostluq və əməkdaşlıq əlaqələri yaratması, Azərbaycan xalqının İran mədəniyyəti ilə mümkün qədər yaxından tanış olması, İran və Azərbaycanın ortaq düşmənlərinin müdaxiləsinə, təfriqə və nifrət yaratmasına qarşı çıxmaq, Azərbaycan Xəbərləri məkanında İrana qarşı saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə fəaliyyətə başlayıb.

Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İRNA-nın azərbaycanca internet saytının açılması və həmçinin İRNA-nın Bakıda ofisinin yenidən açılması ilə bağlı İRNA müxbirinin sualını cavablandırarkən deyib: Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV kimi sözsüz ki, qonşu ölkələr arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərə bilər.

İlham Əliyev Azərbaycan Respublikasında İRNA-nın rəhbərlərinə və jurnalistlərinə uğurlar arzulayaraq qeyd etdi: Əminəm ki, siz münasibətlərin güclənməsində müsbət rol oynayacaqsınız.

İRNA-nın Azərbaycanca saytı fəaliyyətinin ilk mərhələsində İranın iqtisadi, siyasi, mədəni, turizm, adət-ənənə və habelə hərbi sahədə xəbərlərini azərbaycanlı auditoriyaya təqdim edəcək. Bundan əlavə, İran və Azərbaycanla bağlı coğrafi sahələrdə dünyanın ən son mühüm xəbərlərini dərc edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .