27 iyul 2023 at 22:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85182615
T T
1 Persons

Tags

İslami Cihadın baş katibi: İran bizim strateji müttəfiqimizdir

27 iyul 2023 at 22:00
Xəbər kodu: 85182615
İslami Cihadın baş katibi: İran bizim strateji müttəfiqimizdir

Tehran – İRNA - Fələstin İslami Cihad Hərəkatının baş katibi çərşənbə günü axşam saatlarında verdiyi açıqlamada İran İslam Respublikasını İslami Cihad Hərəkatının strateji müttəfiqi adlandırıb.

İRNA-nın Fələstinin “Səma” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ziyad Nəxalə “Əl-Ghad” telekanalına açıqlamasında deyib: “İran strateji müttəfiqdir və biz İsrail (rejimi) ilə döyüşən hər kəsin yanındayıq.”

Hərəkat lideri əlavə edib: “Biz bütün ərəb ölkələri ilə əlaqələr qurmaqda maraqlıyıq və mən istənilən ərəb ölkəsinə getməyə hazıram.”

Z. Nəxalə İraqa son səfərinə toxunaraq deyib: “Mən onlara təşəkkür edirəm və bütün İraq qüvvələri və İraq prezidenti ilə görüşdüm.”

Nəxalə müsahibənin davamında Fələstin qüvvələrinin Muxtar Hökumət tərəfindən həbs edilməsi məsələsinə toxunaraq deyib ki, Muxtar Hökumətin apardığı həbslər düşmənin xeyrinədir. Qahirədəki görüş başlamazdan əvvəl bir sıra məhbusların azad edilməsi üçün təşəbbüslər və ara həll yolları təklif oluna bilər.

Onun sözlərinə görə, siyasi həbslər hələ də davam edir və Muxtar Hökumət bu hərəkəti ilə hökumət etdiyini sionist rejimə çatdırmaq istəyir.

İslami Cihad Hərəkatının baş katibi Fələstin Kəşfiyyat Təşkilatının rəhbəri ilə söhbəti haqda açıqlama verərək deyib: “Mən Macid Fərəcə dedim ki, biz bütün məhbusların, o cümlədən İslami Cihad məhbuslarının azadlığa buraxılmasını istəyirik. Biz iclasları pozmağa çalışmırıq, Fələstinin birliyini istəyirik.”

İordan çayının qərb sahilindəki Fələstin müqaviməti haqda danışan Nəxalə qeyd edib ki, İordan çayının qərb sahilində işğalçı orduya müqavimət göstərdikdən sonra insanların müqavimətə baxışı daha da müsbət olub. Fələstin xalqı işğalçılarla danışıqların və əməkdaşlığın faydasız olduğunu bilir və müqavimətə inanır.

Müqavimət hərəkatının lideri əlavə edib: “Muxtar Hökumət özünü məhz işğalçı qüvvələr kimi aparır. Bizim Muxtar Hökumətlə gərginlik planımız yoxdur, planımız yalnız işğalçılarla müqavimət və mübarizədir. Fələstinlilər arasında münaqişə işağlçı sionistlərin xeyrinədir. Biz Fəth Hərəkatının və Əl Əqsa Şəhidləri Briqadasının gənc qüvvələri ilə əməkdaşlıq edirik və onları qəbul edirik. Hesab edirəm ki, Fələstində hər hansı bir hadisə olarsa, Hizbullah da ona qoşulacaq.

Hizbullah keçmiş döyüşlərin bir neçə hadisəsində texniki və texnoloji cəhətdən bizim yanımızda olub. Hizbullahın hərəkətlərini müşahidə edən hər kəs bilir ki, bu hərəkat bəzən fələstinlilərdən daha çox fələstinli olur.”

Z. Nəxalə bildirib: “Hizbullah ilə əməkdaşlığımız və görüşlərimiz uzun müddətdir ki, davam edir və təkcə İslami Cihad Hərəkatı çərçivəsində məhdudlaşmır. Əgər İsrail rejimi istər Fələstin daxilində, istərsə də Fələstin xaricində və ya müqavimət qüvvələri ilə müharibəyə daxil olsa, fələstinlilər və Hizbullah müharibədə bir-birinin yanında olacaqlar.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .