7 avqust 2023 at 11:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85191800
T T
0 Persons

Tags

Müdafiə Nazirliyi tərəfindən istehsal edilən raket sistemləri SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə təhvil verildi

Tehran - İRNA - Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin istehsalı olan "Qadir" və "Nəsir" raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun HDQ-nə təhvil verilib.

İRNA-nın müdafiə bölməsinin məlumatına görə, “Qadir” və “Nəsir” raketləri SEPAH-ın HDQ-nə təhvil verilib və İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində bu modellər üzərində işə “Nur” raketlərinin istehsalı ilə başlayıb. Nur raketi “Tolu-4” mini reaktiv mühərriki ilə buraxılıb və onun uçuş məsafəsi 120 km olub. Bu raketlər geniş sahil, dəniz və hava platformalarından, o cümlədən SEPAH HDQ-nin Mi-17 helikopteri və NAHACA-nın (İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri) F-4 qırıcısı tərəfindən buraxıla bilirdi.
Müdafiə Nazirliyinin daha uzaq mənzilli uçuş üçün Nur raketini təkmilləşdirmə planı, Nurdan sonra 200 km-lik Qadir raketinə çatana qədər icra olundu. Qadirlə Nurun dizaynı bənzər idi, lakin uzunluğu daha çox idi. Qadirlə Nurun fərqinə gəldikdə isə, bu raket HHQ-nin F-4 Phantom qırıcıları tərəfindən buraxıla bilirdi. Buna görə də, HHQ-nə gəmi əleyhinə missiyaları yerinə yetirmək imkanı verirdi.

CM-200 kimi tanınan Qadir qanadlı raketi ilə bağlı açıqlanan xarakteristikalar arasında minimum və maksimum 15 ilə 200 km məsafəni vurmaq, uzunluğunun 6,8 metr və ağırlığının 746 kq olduğunu qeyd edə bilərik ki, bunun da 165 kq-ı döyüş başlığıdır.

CM-200A adlı konfiqurasiya Qadir raketinin texniki xüsusiyyətlərində dəyişikliklər edilib. Qurudan atılan Qadir ilə müqayisədə eyni diametrli, minimum və maksimum 25-200 km uçuş məsafəsi olan Qadir avia raketinin uzunluğu azaldılaraq təxminən 2,5 metr olmuşdur. Bu raketin ağırlığı 211 kq azalaraq 535 kq olub ki, bunun da 155 kq-ı döyüş başlığıdır.

Bu inkişaf prosesi Qadir qanadlı raketinin istehsalına qədər davam etdi. Qadir qanadlı raketi böyük qardaşına bənzəyir, lakin uçuş məsafəsi 300 km-ə qədər artmışdır. Bu raket sahil platformaları və Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərində geniş istifadə olunur. Bu raket ailənin digər üzvləri kimi ilkin mərhələ üçün ətalət bələdçilik sistemindən və son mərhələ üçün aktiv radar naviqasiyasından istifadə edir.

Başqa sözlə desək, yəni dəniz hədəfi aşkarlama radarları ilə aşkarlandıqdan sonra, raketə (istər sahil, istər üzən, istərsə də havadan buraxılış qurğuları ilə)  hədəf mövqeyi verilir və raket əsasını hərəkət və fırlanma sensoru olaraq akselerometr və giroskopun təşkil etdiyi daxili yönləndirmə və ya ətalət sistemi ilə, hədəfə doğru gedir və hədəf bölgəsinə çatdıqdan və raket radarının işə düşmə vaxtı çatdıqdan sonra, raket radardan istifadə edərək hədəfə kilidlənir və son mərhələdə, aktiv radar tərəfindən idarə olunur.

CM-300 Qadir raketi ilə bağlı açıqlanan xarakteristikalardan bunu qeyd etmək olar ki, onun uçuş məsafəsi ən azı 15-300 km, Qadirə bənzər 360 mm-lik diametri və ona bənzər uzunluq, ağırlığı isə, 165 kq-ı döyüş başlığı olmaqla, 770 kq-dır.

Kövsər-1 və 2 raketləri istehsal edilənə qədər, SEPAH-ın HDQ-nin raket atan gəmilərində Nur ailəsinin daha kiçik versiyaları istifadə edilirdi. Bunlar ölçü fərqi ilə yanaşı, hərəkət gücündə də fərqi olan və mini reaktiv mühərrik əvəzinə raket mühərrikindən istifadə edən raketlər idilər. Bu sinifdə növbəti qanadlı raket müxtəlif platformalardan, o cümlədən sahilyanı atıcı qurğulardan, SEPAH-ın HDQ-in yüksəksürətli qayıqlarından və ordunun strateji hərbi dəniz gəmilərindən, eləcə də SEPAH-ın HDQ-nin Bell-206 helikopterlərindən və ordunun HHQ-nin F-4 Phantom qırıcısından daşına və atəş açıla bilən 35 km mənzilli CM-35 Nəsr qanadlı raketi olub.

CM-35 qanadlı raketinin elan edilən xarakteristikaları arasında mənzili minimum və maksimum olmaqla 5-35 km, diametri 280 mm, uzunluğu 2,3 ​​metr, ağırlığı 130 kq-ı döyüş başlığı olmaqla 360 kq olduğunu qeyd edə bilərik. Eyni uzunluq və diametrdə olan CM-35A adlı “Nəsr” raketinin havadan buraxılan versiyası 5 ilə 35 km arasında minimum və maksimum uçuş məsafəsinə malikdir. Ağırlığı 321 kq-dır ki, bunun 130 kq-ı döyüş başlığıdır.

۱۱:۴۴

Nəsrin “Nəsr Bəsir” adlı infraqırmızı idarə olunan variantı istehsal edildikdən sonra, bu raketin CM-90 Nəsir adlı daha yeni versiyası hazırlanmışdır. Daha uzun gövdəyə və daha böyük ölçülərə malik olmasından əlavə, bu ailənin digər üzvlərindən fərqli olaraq, raket mühərriklərindən deyil, turbojet mühərriklərindən istifadə edir.

Sahil və dəniz platformalarından buraxıla bilən bu “Nəsir” raketinin minimum və maksimum uçuş məsafəsi 10 və 90 km, diametri 180 mm, uzunluğu isə təxminən 4 metr, ağırlığı 351 kq-dır. Raket 130 kq-lıq döyüş başlığını maksimum 0,8 max sürətilə daşıya bilir.

Qeyd edildiyi kimi, bəzi alt kateqoriyalardakı Nur ailəsi qanadlı raketləri arasında turbojet mühərrikli və qatı yanacaqlı raketləri var ki, bunlar əsasən İranın qısa mənzilli raketlərini təşkil edir. Turbojet mühərriklərinin istifadəsi raketin daha uzun məsafəyə çatmasına imkan verir və təbii olaraq hədəfləri aşkar etmək və vurmaq üçün daha geniş məsafəni əhatə edə bilər. Belə struktura malik raketin ilkin sürətə ehtiyacı var, çünki turbojet mühərrik raketin buraxılış qurğusundan atılması və ayrılması üçün lazımi sürəti təmin edə bilmir.

Bu ehtiyac raketin hərəkəti üçün lazımi sürətə çatdıran qatı yanacaq gücləndiricisindən istifadə etməklə həll edilir və gücləndirici öz vəzifəsini yerinə yetirdikdən sonra raketdən ayrılır. Digər tərəfdən, raket mühərriki ilə təchiz edilmiş qanadlı raketlər turbojet mühərriklərdən daha sadə bir struktura malikdir və istehsal qiymətinə əlavə olaraq, turbojet qanadlı raketləri kimi işə düşmək üçün gücləndiriciyə ehtiyacı yoxdur.

Raketlərin bu modeli, daha kiçik ağırlıq və ölçülərinə görə (bir hissəsi turbojet raketlərin gücləndiricisinin çıxarılması ilə təmin edilir) yüngül gəmilərdə istifadə olunmaqla yanaşı, onları vertolyotlar və yüngül qırıcılar da daxil olmaqla, hava platformalarında daşımağa və buraxmağa imkan verir.

İranın qanadlı raketlərində döyüş başlığının miqdarı və növü, daşıyıcı platformanın növü, mənzil və yönləndirmə sisteminin növü məsələsi bir yana qalsın, bəlkə də burada ən mühüm məqam, onların sürətidir. Hazırda bütün növlərdə, o cümlədən maksimum sürəti 0,8 max olan Nur ailəsi və maksimum 0,78 max sürəti olan Somar, Hüveyzə, Əbu-Mehdi ailəsi də daxil olmaqla, bütün növlərdə İran qanadlı raketlərinin hamısı səsdən aşağı sürətə malikdir.

Hazırda qanadlı raket təhlükələri ilə mübarizə aparmaq üçün geniş spektrli qısa və orta mənzilli müdafiə sistemlərinin inkişaf etdirildiyi bir şəraitdə səsdən aşağı sürətə malik raketin hədəfə alınma ehtimalı yüksəkdir. Bu ehtimal quruda düşmən hədəflərini vurmaq üçün istifadə edilən və geniş çeşiddə aşkarlama və identifikasiya radarları və izləmə sistemlərinin qarşısından keçməli olan quru hücumu qanadlı raketlərinə əlavə olaraq, gəmi əleyhinə qanadlı raketlər üçün də keçərlidir.

Hazırda ölkələr müxtəlif sinif və çəki kateqoriyalarında olan hərbi gəmilərini, qısa və yüksək mənzilli raketlər olmaqla müxtəlif təhdidlər, xüsusən də gəmi əleyhinə qanadlı raketlər və intiharçı PUA-lardan yüksək dəqiqlikli müdafiə sistemlərindən, qısa və uzun mənzilli raket sistemlərinə qədər müxtəlif müdafiə sistemlərindən istifadə etməyə çalışırlar.

Bu vəziyyətdə ehtimal etmək olar ki, səs altı sürətə malik raketdən istifadə edilərsə, raketin müvəffəqiyyət faizi, habelə hədəfə çatma və onu vurma ehtimalı azalacaq. Bu uğursuzluq faizi atılan qanadlı raketlərin sayını artırmaqla kompensasiya olunsa da, sürəti 1 ilə 5 max (daha doğrusu, 1.2 maxdan 5 maxa qədər) olan səsdən sürətli raketlərin istifadəsi hədəfi vurma ehtimalını artırır, habelə raketlərin quru və dəniz müdafiə sistemləri tərəfindən aşkar edilməsi və məhv edilməsi şanslarını azaldır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .