İRNA müxbirinin verdiyi məlumata görə, bu cinayətkar təkfirçi odlu silahla Babul-Məhdi girişindən Şahçıraq (ə) ziyarətgahına daxil olaraq, dərhal polis qapısına, zəvvarlara və bu müqəddəs ziyarətgahın xadimlərinə atəş açmağa başlayıb.
Lakin terrorçu polis hazırlığı ilə qarşılaşıb. Fars valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini İsmail Qızılsəflinin sözlərinə görə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarının vaxtında gəlişi ilə terrorçu həbs edilib.
Yanında səkkiz maqazin olan terrorçu təhlükəsizlik qüvvələrinin çevik reaksiyası ilə üzləşdikdən sonra təsirli hərəkət edə bilməyib, gözətçi otağına, zəvvarlara və xadimlərə məqsədsiz bir neçə güllə atıb.
Qızılsəflinin sözlərinə görə, hazırda bu təkfirçi istintaqa cəlb olunub.
Terror hadisəsində 2 qadın və 6 kişi olmaqla yaralanmış və xəsarət almış şəxslər Şirazdakı Namazi, Şəhid Rəcai və Müslümin xəstəxanalarında müalicə alırlar.
Bu terror aktından sonra müqəddəs Şahçıraq ziyarətgahı qısa zamanda nəzarətə götürülüb və təhlükəsizliyi təmin edilib.
Şahçıraq ziyarətgahının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri İRNA-ya bildirib: “Ziyarətgah sübh namazı üçün hazırlanır.”
Müqəddəs ziyarətgahın rəsmiləri hazırda ziyarətgahda vəziyyətin normal olduğunu və xüsusi problemin olmadığını bildiriblər.
Təhlükəsizlik məqsədilə müqəddəs ziyarətgaha gedən küçələr də bağlanıb, ziyarətgahın ətrafındakı məscidlər və bazarlar da bu terror aktından dərhal sonra və digər gecələrdən xeyli tez bağlanıb.
Əhməd İbn Musa (ə) Hərəminin müdiri höccətül-islam vəl-müslimin İbrahim Kəlantəri də İRNA-ya müsahibəsində deyib: “Bu, cinayətkarların qisas almaq istədikləri nəticəsiz bir hərəkət idi. Təbii ki, bizim nəzərimizcə bu, uğursuz terror aktı sayılır.”
Sizin rəyiniz