14 avqust 2023 at 16:33
Jurnalist kodu: 5487
Xəbər kodu: 85198947
T T
0 Persons

Tags

BRİKS-in strategiyaları İran İslam Respublikasının strategiyaları ilə uyğundur

Tehran - İRNA - Afrika məsələləri üzrə ekspert deyib: “BRİKS hazırda İran İslam Respublikasının strategiyalarına çox uyğun olan bir yolda addım atır. İranın üzvlüyü həm bizim, həm də BRİKS üçün çox əhəmiyyətlidir.”

Afrika məsələləri üzrə ekspert Cəfər Qənnadbaşı İRNA-nın xarici siyasət məsələləri üzrə müxbiri ilə söhbətində ölkəmizin Xarici İşlər nazirinin Cənubi Afrika Respublikasına son səfərinin bu ölkə ilə əlaqələrin və əməkdaşlığın inkişafına uyğun və İranın BRİKS-ə üzvlüyü istiqamətində diplomatik səylərinin davam etdirilməsi baxımından əhəmiyyətinə toxunaraq deyib: “BRİKS qrupu inkişaf etməkdə olan iqtisadi qruplardan biridir və müstəmləkəçilik tarixi olan böyük qərb dövlətləri orada yoxdur.

Bu qrup dünya əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edir, yəni Çin və Hindistan bir qrupda olanda təbii olaraq böyük qrup sayılır. Ona görə də “iqtisadi artım və inkişaf” baxımından çox yaxşı vəziyyətdədirlər.”

Ekspert vurğulayıb: “Bu qrup hal-hazırda “İran İslam Respublikasının strategiyaları”na çox uyğun olan bir yolda addım atır. İranın üzvlüyü həm bizim, həm də BRİKS üçün çox əhəmiyyətlidir. Çünki biz BRİKS-ə üzv olduqda, gələcəkdə iqtisadi imkanlarımız və təbii ki, İranın əlverişli coğrafi şəraiti sayəsində bu təşkilat daha çox əlavə dəyər qazanacaq. Digər tərəfdən, İran BRİKS-ə üzv olanda daha çox iqtisadi fəaliyyətlərdə iştirak edəcək, ölkəmizə daha çox qapılar açılacaq. Bu yeni imkanlar bizim ehtiyaclarımızı ödəyə bilər.”

Qənnadbaşının sözlərinə görə, BRİKS-in izlədiyi siyasətlərdən biri də “dollardan istifadə etməmək”dir. Bu, bizim siyasətimizə uyğundur. Onlar əslində dünya iqtisadiyyatında böyük dövlətlərin hökmranlığını azaltmağa çalışırlar.

O, İranın bu qrupa üzv olmasını ölkəmiz üçün arzu olunan “sanksiyalarla mübarizə və iqtisadi müstəqillik” yolunda böyük addım adlandırıb.

Ekspert deyib: “Bir ölkə BRİKS-ə üzv olmaq istəyəndə ilk mərhələdə ekspertlərin iştirakı ilə onun ilkin iclası keçirilir. Sonra liderlərin qərarları üçün xarici işlər nazirləri dairəsi formalaşdırılır. Əslində əsas qərarlar xarici işlər nazirləri səviyyəsində verilir və növbəti mərhələdə başçıların zirvə görüşünə çatır. Daha dəqiq desək, ən mühüm müzakirələri xarici işlər nazirləri aparır və başçıların iclası bu sammitdə qəbul edilən qərarları təsdiq edir.”

Cənubi Afrika Respublikasının Afrika qitəsində ən mühüm və açar rolu oyanayan bir ölkə olduğunu vurğulayan ekspert qeyd edib ki, cənab Əmir Abdullahiyanın səfəri ikitərəfli iqtisadi və siyasi əlaqələr baxımından çox əhəmiyyətli idi və bu, “İranın Cənubi Afrikada yeni və genişlənmiş mövcudluğu” üçün müqəddimə ola bilər. Ona görə də ölkəmizin Xarici İşlər nazirinin Cənubi Afrika Respublikasına səfəri İranın bu ölkə ilə yüksək səviyyədə yaxşı münasibətləri və cənab Prezidentin Pretoriyaya gələcək səfəri səbəbindən ikiqat əhəmiyyət kəsb edəcəkdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .