15 avqust 2023 at 11:45
Jurnalist kodu: 5487
Xəbər kodu: 85199656
T T
0 Persons

Tags

BRICS yeni valyuta yaratmaqla dolları dövriyyədən çıxaracaq - 45 ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib

Tehran – İRNA – Getdikcə daha çox ölkə ABŞ-ın dollar və qlobal maliyyə siyasətindən narazılığını bildirir. Bu narazılıqlar BRICS qrupunun ABŞ dollarını beynəlxalq əməliyyatlardan çıxarmağa çalışdığı vaxta təsadüf edir. Belə ki, 45 ölkə BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildirib.

İRNA-nın iqtisadiyyat bölməsi bu barədə Watcher.Guru saytına istinadən məlumat verib. ABŞ-ın hökmranlığından narazılıq, ölkələrin ABŞ dollarına alternativlər axtarması BRICS sammiti ilə tamamilə üst-üstə düşdü.

Ümumilikdə, BRICS toplantısından bir neçə həftə əvvəl 45 ölkə bu iqtisadi qrupa qoşulmaqda maraqlı olduğunu bildirib.

23 ölkə BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib, daha 22 ölkə isə bu iqtisadi qrupa qoşulmaqda maraqlıdır.

Miles Franklin Investments şirkətinin prezidenti Endi Şektman deyir ki, dünya əhalisinin 85 faizi “bir anda” ABŞ dollarından imtina edə bilər.

O, hesab edir ki, BRICS bu qrupa qoşulmaq istəyən bütün ölkələri qəbul edərsə, ABŞ dollarından birdən-birə transmilli əməliyyatlarda imtina edilə bilər.

E. Şektman Səudiyyə Ərəbistanını digər ölkələri neft borclarını yerli valyutada hesablamağa təşviq edə biləcək əsas oyunçu kimi görür.

O vurğulayıb ki, son nəticədə dünya əhalisinin 85٪i BRICS-ə qoşulsalar, ABŞ dollarından asılılığa son qoya biləcəklər.

Şektman hesab edir ki, ölkələrin BRICS-də bir-birinə qoşulmasının səbəbi Qərbin hökmranlığından qurtulmağa çalışmaqdır.

Şektmanın sözlərinə görə, BRICS ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı, Cənub-şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası (CCASG) ölkələri də daxil olmaqla bütün qruplar ABŞ dollarından istifadə etməsələr,ticarətdə dollardan imtina edən əhalinin 85 faizini təşkil edəcəklər.

Şektman hesab edir: Əgər Kəmər və Yol Təşəbbüsü (70-dən çox ölkənin və beynəlxalq təşkilatların iqtisadi infrastrukturuna investisiya planı və “İpək Yolu İqtisadi Kəmər” və “Dəniz İpək Yolu” ticarət marşrutlarının inkişafı), BRICS, ŞƏT və Avrasiya İttifaqının iqtisadiyyatı bir araya gətirilsə, böyük işlər görülmüş olacaq.

Şektman qeyd edib ki, ŞƏT Avrasiya quru ərazisinin təxminən 60٪ni və dünya ÜDM-nin 40٪ni özündə cəmləyən dünyanın ən böyük regional hərbi və maliyyə təşkilatıdır.

0 Persons

Tags

Sizin rəyiniz

You are replying to: .