İRNA-nın məlumatına görə, Kəşfiyyat naziri Seyid İsmayıl Xətib bazar ertəsi “Bedune-təvəqqof” (Dayanmadan) verlişində hibrid müharibə və düşmənin sızma üsulları haqqında danışaraq deyib: “Düşmənin cəhdləri elədir ki, təxribatdan başqa heç nə ilə kifayətlənmir və bunu həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edir.”
Kəşfiyyat naziri qeyd edib ki, ötən ilki iğtişaşlarda biz ölkənin polis qüvvələrinin nadir hallarda silahdan istifadə etdiyini gördük. Həmin iğtişaşlar zamanı hədəfə alınan müxalif və tərəfdar insanlara ölkənin təşkilati silahları sırasına daxil olmayan silahlarla atəş açılmışdı. Ölkənin siyasətinə əsasən, iğtişaşlarla mübarizədə silahdan istifadə edilmir.
Seyid İsmayıl Xətib əlavə edib: “İğtişaşlar başlayan kimi bütün ölkələr İrana qarşı səfərbər oldu. Elə bir avropalı, qərbli və təsirli ölkə olmadı ki, İrana qarşı mövqe tutmasın. Amma 22 Bəhmən yürüşündən sonra böyük ölkələrin kəşfiyyat xidmətləri bizimlə əlaqə saxlamağa başladı. Ötən il qazanılan qələbə xalqın iştirakı ilə oldu.”
Sizin rəyiniz