14 sentyabr 2023 at 14:16
Jurnalist kodu: 5487
Xəbər kodu: 85228701
T T
0 Persons

Tags

Avstraliya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

14 sentyabr 2023 at 14:16
Xəbər kodu: 85228701
Avstraliya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Tehran - İRNA - Avstraliyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər nazirinin İran xalqını dəstəkləmək və insan haqları məsələsi bəhanəsi ilə müdaxilə xarakterli bəyanatlarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Avstraliya Xarici İşlər nazirinin İran xalqını dəstəkləmək və insan haqları məsələsi bəhanəsi ilə müdaxilə xarakterli bəyanatlarından, eləcə də bir sıra İran rəsmiləri və vətəndaşlarına qarşı növbəti sanksiyaların elan edilməsindən sonra çərşənbə günü axşam saatlarında bu ölkənin səfirinin olmadığı bir vaxtda Avstraliya səfirliyinin müvəqqəti işlər vəkili Asiya və Sakit Okean regionunun dördüncü departamentinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb, Avstraliya Xarici İşlər nazirinin müdaxilə xarakterli açıqlaması və qeyd olunan sanksiyalara görə, İran İslam Respublikasının sərt etirazının səviyyəsi ona çatdırılıb.

Müvəqqəti işlər vəkili deyib: “Onun hökumətinin əsas siyasəti İran İslam Respublikası ilə əməkdaşlıqdır və o, məsələni ən qısa zamanda Kanberraya çatdıracaq.”

Beynəlxalq insan haqları təşkilatlarının hesabatına görə, Avstraliyanın insan haqları sahəsində qəbuledilməz dosyesi vardır.

Sığınacaq axtaran şəxslərə qarşı qeyri-insani rəftar və beynəlxalq müfəttişlərin qaçqın saxlama mərkəzlərində mümkün işgəncələri araşdırmaq üçün səfər etmələrinin qarşısının alınması Avstraliya tərəfindən insan haqlarının sistematik şəkildə pozulması faktlarından sayılır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .