İRNA-nın məlumatına görə, bazar ertəsi (25 sentyabr) saat 22-də Loristan əyalətinin mərkəzi Xürrəmabad şəhərinin bəzi yerlərində dəhşətli səs eşidilib və yer silkələnməsi də hiss olunub. Belə ki, bu hadisənin ilk anlarında Xürrəmabadda zəlzələnin baş verdiyi deyilsə də, bir saat sonra Loristan Valiliyinin Böhran İdarəetmə Mərkəzinin Baş direktoru Pazuki bildirdi: “Xürramabadda zəlzələnin baş verməsi həqiqətə uyğun deyil, lakin indiyədək dəhşətli səsin mənbəyi tapılmayıb. Bundan əlavə, hələlik heç bir partlayış və dağıntı qeydə alınmayıb.”
Halbuki, seysmologiya institutu ötən gecə bu ərazidə kiçik zəlzələnin baş verdiyini açıqlayıb.
Bu seysmik hadisə bazar ertəsi 25 sentyabr axşam saat 22:36-da 2 bal gücündə baş verib.
Bu zəlzələ 33.462 enlik və 48.506 uzunluqda baş verib və onun dərinliyi 8 km dayaz dərinlikdə olub. Bu zəlzələnin dərinliyi dayaz olduğundan bölgə əhalisi bunu hiss edib.
İnformasiya bazasının rəhbəri Tehran Universitetinin Geofizika İnstitutunun İranda və ona yaxın ərazilərdə baş verən son zəlzələlər siyahısında bu zəlzələnin qeydə alınmamasının səbəbi ilə bağlı suala belə cavab verib: “İnstitutun saytında maqnitudası 2,5-dən yuxarı olan zəlzələlər göstərilir və bu zəlzələnin gücü 2 bal olduğu üçün bu sayta daxil edilməyib.
İnsanların kiçik hadisələri hiss etdiyi oxşar təcrübələrimiz vardır. Əslində kiçik zəlzələlər hiss edilməməlidir, lakin zəlzələnin dərinliyi az olduğundan və şəhərin altında baş verdiyindən insanlar bunu hiss ediblər.”
Sizin rəyiniz