27 sentyabr 2023 at 13:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85240698
T T
0 Persons

Tags

Yol naziri: İran regionda tranzit dalanlarının həll yoludur

27 sentyabr 2023 at 13:09
Xəbər kodu: 85240698
Yol naziri: İran regionda tranzit dalanlarının həll yoludur

Tehran - İRNA - Yol və Şəhərsalma naziri İranın regionda tranzit dalanlarının həll yolu olduğunu bildirərək deyib: “Şimal dənizinin Cənubla birləşdirilməsi hökumətin əsas planlarından biridir ki, yaxın iki ayda Rəşt-Xəzər dəmir yolunun açılışı ilə reallaşacaq.”

İRNA-nın iqtisadiyyat sahəsi üzrə müxbirinin məlumatına görə, Mehrdad Bəzrpaş çərşənbə axşamı Dünya Dənizçilik Günü münasibətilə keçirilən mərasimdə deyib: “Bütün zülm və sanksiyalara baxmayaraq, İranda dənizçilik inkişaf etməkdədir və biz həmişə beynəlxalq konvensiyalara sadiq qalmışıq.”

Dənizi Allahın verdiyi neməti adlandıran Yol və şəhərsalma naziri vurğulayıb: “Fikrimcə, İranın geosiyasi vəziyyəti “İran-Yol”dur və mən beynəlxalq iclaslarda bu adla çıxış etmişəm. Çünki İranın geosiyasi vəziyyəti xüsusi bir formadadır. İran regionda tranzit dalanlarının həll yoludur və təhlükəsiz bir ölkə olaraq bir daha vurğulayıram ki, “İran-Yol”dur.”

Bəzrpaş əlavə edib: “Əsas proqramlarımızdan biri Şimal-Cənub dəhlizlərinin tamamlanması vasitəsilə İranın Şimal və Cənub dənizlərini birləşdirməkdir. Yaxın 2 ayda Rəşt-Xəzər dəmir yolu açılacaq və biz ilk dəfə Xəzərdən Fars körfəzinə qoşulacağıq.”

Yol naziri qeyd edib ki, sahilyanı şəhər və qəsəbələrin inkişafı gündəmdədir, sahillərin cəmiyyət qəbul edə bilməsi icra mərhələsinə çatmalıdır, sənaye və əhali dənizlərin sahilində yerləşməlidir ki, biz dənizin potensial imkanlarını reallaşdıra bilək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .