28 sentyabr 2023 at 16:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85241961
T T
0 Persons

Tags

Ermənistanın Baş naziri: Ermənilər Qarabağda qalmayacaq

28 sentyabr 2023 at 16:37
Xəbər kodu: 85241961
Ermənistanın Baş naziri: Ermənilər Qarabağda qalmayacaq

Tehran – İRNA – Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, təhlillərə görə, yaxın günlərdə bütün Qarabağ erməniləri bu bölgəni tərk edəcəklər.

İRNA-nın cümə axşamı Armen Press-ə istinadən verdiyi xəbərə görə, Paşinyan əlavə edib: “Yaxın günlərdə Dağlıq Qarabağda heç bir erməni qalmayacaq”.

O, Azərbaycan Respublikasının etnik təmizləmə siyasəti nəticəsində ermənilərin Dağlıq Qarabağdan miqrasiyasının davam etməsinə, bunun bilavasitə etnik təmizləmə və vətəndən didərgin salma aktı olduğuna və bununla bağlı beynəlxalq ictimaiyyəti uzun müddətdir xəbərdar etməsinə diqqət çəkib.

Ermənistanın Baş naziri əlavə edib: “Müxtəlif beynəlxalq aktyorların Dağlıq Qarabağdakı etnik təmizləməni pisləyən bəyanatları mühümdür və diqqətə layiq tədbirlər görülməsə, bu bəyanatlar yalnız tarix üçün etik statistika yaratmaq kimi qiymətləndiriləcək”.

Paşinyan deyib: Əgər qınama bəyanatları siyasi və hüquqi qərarlarla müşayiət olunmasa, bu qınaqlar baş verənlərin qəbuluna çevriləcək.

O əlavə edib ki, Ermənistan hökumətinin əsas vəzifəsi Dağlıq Qarabağdan zorla köçürülmüş qardaş və bacılarımızı qarşılamaq, onlara mümkün qədər qayğı göstərmək və zəruri ehtiyaclarını təmin etməkdir.

Sizin rəyiniz

You are replying to: .