7 oktyabr 2023 at 23:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85250883
T T
0 Persons

Tags

Əl-Əqsa fırtınası müqavimət və Fələstin xalqının ayrılmaz hüquqlarının müdafiəsi üçün təbii bir hərəkətdir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Əl-Əqsa fırtınası əməliyyatını müqavimət qrupları və məzlum Fələstin xalqının ayrılmaz və danılmaz hüquqlarını müdafiə etmək üçün təbii hərəkəti və onların sionistlərin, xüsusilə qəsbkar sionist rejimin ifrat və avantürist baş nazirinin müharibəyə təhrikedici, təxribatçı və qızışdırıcı siyasətlərinə təbii reaksiyası hesab edib.

İRNA-nın məlumatına görə, Nasir Kənani işğal olunmuş Fələstində bugünkü vəziyyətə və Fələstin müqavimət qruplarının sionist işğalçılara qarşı əməliyyatlarına münasibət bildirərkən vurğuladı: Məzlum Fələstin xalqının özünü, torpaqlarını və müqəddəslərini gündəlik işğal, təcavüz, zorakılığa və sionist rejimin mütəşəkkil terroruna qarşı müdafiə etmək üçün bütün tanınmış beynəlxalq standartlara və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan təbii və qanuni haqqıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Bir tərəfdən, son aylarda və həftələrdə ifratçı və irqçi sionistlər tərəfindən müqəddəs İslami məkanların və müsəlmanların ilk qibləsinin təhqir olunmasının davam etdirilməsi, digər tərəfdən isə, sionist rejimin beynəlxalq ictimaiyyətin və qlobal insan haqları iddiaçılarının susqunluğu və hərəkətsizliyi sayəsində məzlum Fələstin xalqına, xüsusən də İsrail həbsxanalarında olan qadınlar, uşaqlar və fələstinli məhbuslara qarşı qətl, cinayət və təcavüz siyasətinin davam etdirilməsi Fələstin xalqı və müqavimət qarşısında sionistlərlə mübarizədən və öz güclərinə arxalanmaqdan başqa bir yol saxlamayıb.

Kənani qeyd edib: İran İslam Respublikası Fələstin torpağını qəsb edənlərin yetmiş beş illik cinayətlərinə qarşı Fələstin xalqının özünü müdafiə etmək üçün fitri və qanuni haqqı olduğunu bir daha təsdiqləyərək, fələstinlilərə qarşı zorakılıq və qətllərin davamı və kütləviləşməsinin məsuliyyəti sionist işğal rejimi və onun məlum havadarlarının üzərinə düşdüyünü bildirir və İslam ölkələrini Əl-Əqsa məscidinə himayə etməyə və Fələstin xalqının ayrılmaz hüquqlarını dəstəkləməyə çağırır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .