14 oktyabr 2023 at 12:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85257843
T T
1 Persons

Tags

Seyid Həsən Nəsrullah: Bütün ssenarilər masa üzərindədir - Müqavimətin vəziyyəti əladır

Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi İran İslam Respublikasının Xarici İşlər naziri ilə görüşdə ABŞ və bəzi qərb ölkələrinin sionist rejimin Qəzzəyə hücumu və günahsız Fələstin xalqının qətlinə birtərəfli dəstəyini pisləyərək deyib: “Bu gün müqavimətin vəziyyəti əladır və bütün ssenarilər tam hazırdır.”

Ölkəmizin Xarici İşlər naziri doktor Hüseyn Əmir Abdullahiyan Livana səfəri zamanı Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Bu görüşdə bölgədəki mövcud vəziyyət, xüsusilə Fələstin müqavimət qruplarının Əl-Əqsa Tufanı əməliyyatından sonra Fələstində baş verən hadisələr, sionist rejimin Qəzzəyə davamlı işğalı, qəsbkar və təcavüzkar sionist rejimin mülki əhaliyə qarşı törətdiyi qeyri-insani və müharibə cinayətləri, həmçinin, bu rejimin Məscidül-Əqsa və İordan çayının qərb sahilinə qarşı təcavüzkar hərəkətləri, Fələstin müqavimət qruplarının sionist rejimin işğalı ilə mübarizəyə tam hazır olması müzakirə və təhlil edilib.

Ölkəmizin Xarici İşlər naziri bu görüşdə sionist rejimin müharibə cinayətlərinin dərhal dayandırılması məqsədi ilə İran İslam Respublikasının müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla məsləhətləşmələri, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin fövqəladə iclasının keçirilməsi, eləcə də qəddar mühasirənin ləğvi və Qəzza zolağına dərman, qida, yanacaq və içməli su da daxil olmaqla beynəlxalq humanitar yardım göndərilməsi ilə bağlı səy və diplomatik addımları barədə məlumat verib.

Bu görüşdə tərəflər Amerika və bəzi qərb ölkələrinin sionist rejimin Qəzzanı işğal etməsi və günahsız Fələstin xalqının öldürülməsinə birtərəfli dəstəyini pisləyib və Fələstin müqavimətinin dünyanın hər yerində geniş şəkildə dəstəklənməsini alqışlayıblar, İslam ümməti və dövlətlərinin və dünya azadlıqsevərlərinin birliyini və sionist rejimin cinayətlərinin dayandırılması üçün təcili və koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıblar.

Görüşdə Seyid Həsən Nəsrullah deyib: “Bu gün müqavimətin vəziyyəti əladır və bütün ssenarilər tam hazırdır.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .