24 oktyabr 2023 at 07:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85268629
T T
0 Persons

Tags

Prezident: Qafqaz regionunda həll olunmayacaq problem yoxdur

24 oktyabr 2023 at 07:36
Xəbər kodu: 85268629
Prezident: Qafqaz regionunda həll olunmayacaq problem yoxdur

Tehran - İRNA - Qafqaz regionunda həlli mümkün olmayacaq problem olmadığını deyən prezident Tehran görüşündə mövcud çağırış və problemlərin həlli üçün "Qafqaz Əməkdaşlıq Qrupu"nun imkanlarından istifadə edilməsini vurğulayıb.

İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi bazar ertəsi gecə Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə Qafqaz regionunda həlli mümkün olmayacaq problem olmadığını deyərək, mövcud çağırış və problemlərin həlli üçün Tehran görüşündə “Qafqaz Əməkdaşlıq Qrupu”nun imkanlarından istifadə edilməsini vurğuladı.

Söhbətinin başqa bir hissəsində dövlət başçısı dünyanın beş qitəsində yerləşən dövlətlərin xalqlarının məzlum Fələstin xalqına bənzərsiz və misilsiz dəstəyinə toxunaraq, Qəzzanın qadın və uşaqlarına qarşı cinayətlərin artmasının qarşısının alınmasında Türkiyənin rolunu əhəmiyyətli sayıb.

Bu görüşdə Türkiyənin xarici işlər naziri Türkiyənin regiondaxili dialoqlar vasitəsilə və xarici müdaxilə olmadan regional məsələlərin həlli üçün İran İslam Respublikası ilə həmrəyliyini vurğulayaraq, Qafqaz ölkələri arasında mövcud problemlərin həllinə və region xalqlarına fayda verdiyinə görə “Qafqaz Əməkdaşlıq Qrupu” toplantısının keçirilməsini konstruktiv sayıb.

Hakan_Fidan İran İslam Respublikasının regionda sülh və sabitliyin bərqərar olunmasındakı rolunu təsirli, qətiyyətli və təşəbbüskarlıqla müşayiət edən rol hesab edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .